Tural Abbaslı: “Avropaya gedib LGBT fərdləri ilə birgə hansısa masa arxasında nəyəsə imza atmadıq, çaya balıq buraxdıq” - FOTO



“Ötən gün Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların rəhbərləri, politoloqlar, jurnalistlərlə birgə işğaldan azad olunmuş ərazilərə getdik, müxtəlif məkanları ziyarət etdik. Proqram çərçivəsində Zəngilan rayonunda Həkəri çayına körpə balıqların buraxılması ilə bağlı epizod da oldu. Buna niyə kimsə irad bildirməlidir? Hər kəsə məlumdur ki, Həkəri çayı, Oxçuçay və digər çaylarımızı illərdir ermənilər ekoloji baxımdan zəhərləyirlər. Bu çaylardakı balıq növləri, demək olar, yox olub. Çaya buraxılan balıqlar Azərbaycanın nadir balıq növlərindən olan xallı qızıl balıqlar və xallı farellər idi. Bu balıqların çaya buraxılmalarının simvolik mənası odur ki, çaylarımıza, meşələrimizə, torpaqlarımıza sahib çıxıb, onları bərpa edirik”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 
“Kim necə başa düşürsə, düşsün. Əsas odur ki, Avropaya gedib LGBT fərdləri ilə birgə hansısa masa arxasında nəyəsə imza atmadıq. Uğrunda şəhidlərimizin qanı tökülən torpaqlarda çaylarımıza balıq buraxdıq. Bununla fəxr edirəm. Gələcəkdə də belə addımlarda Ağ Partiya olaraq hər zaman iştirak edəcəyik”, - T.Abbaslı bildirib.
 



Tarix: 25-06-2022, 15:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}