Senatorlar ABŞ-ın Azərbaycanla əməkdaşlığını sorğulayırlar


Səkkiz senator Blinkenə və müdafiə nazirinə məktub ünvanlayıb
Sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan sonra ABŞ senatorları Bayden Administrasiyasına təzyiqləri artırıblar.

Məlumatı “Turan”ın Vaşinqtondakı müxbiri yayıb.
O bildirib ki, Bayden Administrasiyası Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığa görə təzyiqlə üzləşib.
Prezidentliyə keçmiş namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru sentyabrın 21-də Dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər.
Onlar Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığını sorğulayıblar:
“Həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər”.
Məktubu senatorlar Edvard C.Marki (Massaçusets), Debbi Stabenou (Miçiqan), Aleks Padilya (Kaliforniya), Ron Uayden (Oreqon), Kris Van Hollen (Merilend), Berni Sanders (Florida), Ceki Rozen (Nevada) və Kori Buker (Nyu Cersi) imzalayıblar.
Senatorlar hesab edirlər ki, mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ABŞ-dan təhlükəsizlik sahəsində yardım almağa davam edir.
Administrasiyaya cavab üçün 2 həftə vaxt verilib.
Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyi indiyədək 79, Ermənistan isə 200-dən artıq hərbçisini itirdiyi barədə məlumat yayıb.
Sentyabrın 17-də 32, 20-də isə 95 erməni hərbçisinin nəşi Ermənistan tərəfinə təhvil verilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.
Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.
Xatırlatma
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.
Siam.az
Tarix: 22-09-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}