Ukrayna hökuməti İRAN SƏFİRİNİ ÖLKƏDƏN QOVDU


Ukrayna hökuməti İranla əlaqələrə yenidən baxacaq və artıq diplomatik müstəvidə ilkin qərarlar qəbul edilib.
Siam.az-ın yazdığına görə, Ukraynanın Xarici İşlər Nazirliyinə çağrılan İranın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkilinə bu barədə rəsmi məlumat verilib. Bildirilib ki, "İranın Ukraynadakı səfirininin akkreditəsi ləğv olunub, həmçinin Rusiyaya hücum məqsədli pilotsuz uçuş aparatlarının tədarükünə görə İran səfirliyinin diplomatik işçilərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb". 
İranlı diplomata İranın Rusiyaya silah tədarükünün “bitərəflik, suverenlik və ərazi bütövlüyünə hörmət mövqeyinə zidd olduğu” bildirilib.
"Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir", - Xarici İşlər Nazirliyi qeyd edib.
“Bu cür dostluğa sığmayan hərəkətə cavab olaraq biz İranın Ukraynadakı səfirininin akkreditəsini ləğv etmək, habelə İranın Kiyevdəki səfirliyində diplomatik işçilərin sayını əhəmiyyətli dərəcədə azaltmaq barədə qərar qəbul etmişik”, - XİN əlavə edib.
Qeyd edək ki, İranın Ukraynadakı səfiri Mənuçöhr Muradi Rusiya genişmiqyaslı işğala başlayan ilk gündən iqamətgahını Kişinyova köçürüb. Akkreditasiyadan məhrum edilməsi o deməkdir ki, səfir artıq öz vəzifələrini yerinə yetirə bilməz və diplomatik təcrübəyə görə, Tehrana qayıtmalıdır.
APA
Tarix: 24-09-2022, 10:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}