“Əgər Rusiyadakı azərbaycanlılar kütləvi şəkildə geri dönsə...”
Xəbər verdiyimiz kimi, Rusiyada Prezident Vladimir Putin tərəfindən elan edilən qismən səfərbərliyin ardından ruslar ölkədən qaçmağa başlayıblar. Bəs görəsən, bu səfərbərliyin Rusiyada yaşayan həmvətənlərimizə təsiri necə olacaq? Onları nələr gözləyir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Rusiyada yaşayan, vətəndaşlıq almayan həmvətənlərimiz istədikləri vaxt vətənə dönməkdə sərbəstdirlər:
“Rusiya vətəndaşlığı alan hər bir şəxs Rusiya dövlətinin qanunları ilə yaşayır və onlar prinsipcə bu vətəndaşlıqdan imtina edib yenidən Azərbaycan vətəndaşlığına dönə bilərlər. Amma bilmirəm, onların belə istəkləri olacaq, ya yox. Çünki onların iş yerləri, ailələri var, bu amillər də nəzərə alınmalıdır, hər bir şəxs özü öz qərarını verməlidir.
Vətəndaşlıq almayanların vətənlərinə geri dönməsi istiqamətində hər hansı problem görmürəm. Hər bir Azərbaycan vətəndaşı istədikcə vətənə qayıda bilər, burada bir problem yoxdur. Sadəcə olaraq, hər şey yenə də Rusiyadakı vəziyyətdən asılı olacaq. Onların iş yerləri olacaq, ya olmayacaq, bilinmir. Onların da vətənə dönüb-dönməməsi şəxsi seçimləridir. Mən düşünmürəm ki, Rusiya azərbaycanlıları kütləvi şəkildə ölkəni tərk etmək məcburiyyətində qoysun”.
Deputatın sözlərinə görə, azərbaycanlıların kütləvi şəkildə geri dönməsi ölkəmiz üçün hər hansı problem yaratmayacaq:
“Əgər vəziyyət pisləşərsə və azərbaycanlılar kütləvi şəkildə vətənə geri dönsələr də bu Azərbaycana ciddi zərər verməyəcək. Ora gedən Azərbaycan vətəndaşı hansısa səbəbdən ötrü Rusiyaya gedib, özləri də qərar verib geri dönə bilərlər. Mənim fikrimcə, onların qayıdışı Azərbaycan üçün hansısa böyük problem yaratmayacaq”.
Tarix: 24-09-2022, 12:50
-
Dünən, 19:24
Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov? - AÇIQLAMA
-
Dünən, 19:20
Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA
-
Dünən, 19:19
Uşaqlar niyə bu qədər aqressivləşib? - “Günahkar həm də mətbuatdır”
-
Dünən, 19:17
DİN borclu olmadığını bildirsə də, avtomobilini cərimə meydançasından çıxara bilmir – Bakı sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR
-
Dünən, 19:16
“Pilgrim Education” şirkət rəhbərindən Mehriban xanım Əliyevaya MÜRACİƏT
-
Dünən, 19:11
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
-
Dünən, 19:10
Şahmar Hüseynov SOCAR prezidentinin müşaviri - TƏYİN EDİLİB
-
Dünən, 19:08
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq - Görən desin ki, ticarətlə məşğuluq...
-
Dünən, 19:06
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
-
Dünən, 19:04
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Dünən, 19:01
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Dünən, 18:59
Şuşada işçilərin maaşını verməyən şirkət 20 min cərimələndi - TƏFƏRRÜAT
-
Dünən, 18:58
İşdən çıxarılan əməkdaşı “AZENCO”nu məhkəməyə verdi - TƏFƏRRÜAT
-
Dünən, 18:25
Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti
-
Dünən, 18:16
Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı
-
Dünən, 18:14
ABŞ-ın təşəbbüsü regionda gərginliyi artıracaq – Brüssel görüşünün təhlükəli tərəfi
-
Dünən, 16:29
Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?
-
Dünən, 16:11
İsveçərədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - SİFARİŞÇİ KİMDİR?
-
Dünən, 14:45
Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR
-
Dünən, 13:27
Eldar Əzizov Xalid Ələkbərovu CƏZALANDIRDI - Bakı Şəhər İcra Hakimiyyətində geniş müşavirə
-
Dünən, 12:33
Rövşən Nəcəf "Azneft"in rəhbərini işdən çıxardı - Yeni təyinat
-
Dünən, 11:54
Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!
-
Dünən, 10:39
“OBA” marketdə keçmiş arvadını öldürən şəxsin yenidən məhkəməsi başladı
-
Dünən, 10:33
Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...
-
Dünən, 10:24
Moskvanın "göz yaşlarına" heç kəs inanmır - Qərb düyməni basıb, bu şəhəri daha sakit gün gözləmir....
-
Dünən, 10:22
Həkimin rüşvətalma görüntüləri... - Qurumlar özlərini məsuliyyətdən kənarda tutur
-
Dünən, 10:20
Konstitusiya Məhkəməsi səlahiyyələrini niyə aşır? - BU DA FAKT!!!
-
Dünən, 10:19
Həkim bel ağrılarına görə uzanmağı qadağan edib
-
Dünən, 10:13
"Mərkəzi Bank demək istəyir ki, devalvasiyadan qorxmur" - Ekspert
-
Dünən, 10:11
Göygöl sakini: “Bütöv bir ailəyə zülm edirlər, bu qədər vicdansızlıq olar?!”
{sape_links}{sape_article}