Dünya nizamı dəyişilir! – “İran hədəf taxtasına oturdulur”

Dünya nizamı dəyişilir!
İranda dünəndən etibarən internetin kəsilməsinə və məktəblərlə, uşaq bağçalarının bağlanmasına dair məlumatlar verilir. Hətta bir müddət əvvəl bəzi xarici ölkələr belə öz vətəndaşlarını geri çağırmışdı.
Sual yaranır ki, rəsmi Tehran nədən qorxur ki belə addımlar atır? Bu ölkədə dövlət çevrilişi baş verə bilərmi?

Məsələyə münasibət bildirən siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, İran kimi ölkələrdə internetin bağlanması və ictimai-siyasi sferada müəyyən məhdudiyyətlərin tətbiqi bizə heç də təəccüblü gəlməməlidir:

“Nəzərə alaq ki, İsrail daim kiber hücumlarla İranın müəyyən müəssisələrinin fəaliyyətini çökdürmək qabiliyyətini göstərib və bu sahədə böyük təcrübəyə malikdir. İrandakı etirazların miqyasının genişlənməsi və bəzi regionlarda silahlı münaqişə həddinə çatması, İsrail üçün Tehranın fəaliyyətini iflic etməyə şərait yaradır. Cənub qonşumuz isə siyasətində və strategiyasında müvazinətini qoruyub saxlamaq potensialından məhrumdur.

Çünki onun yürütdüyü siyasət böyük oyunçuların Tehrana qarşı ayaqlanmasına gətirib çıxarır. Bunun isə bir neçə səbəbi var. Birincisi, İran heç bir halda Qərblə istədiyi formatda razılıq əldə edə bilmir və onların təzyiqləri ilə üzləşir.

İkinci məqam İran dünya düzəninin dəyişməsi fonunda müəyyən planlar həyata keçirmək istəyirdi ki, Qərb bunun qarşısını aldı və həmin istiqamətdə İsrail ilə koordinasiyalı şəkildə çalışdı.

Artıq dünya nizamının dəyişdirilməsinə cəhdlər fonunda İranın da hədəf taxtasına oturdulması görünür.

Rəsmi Tehran bundan sonra təhlükəsizlik qüvvələri ilə xaricdə əməliyyatlar apararaq, daxildəki etirazlardan fikri yayındırmaq istəyir. Hadisələrin gedişatı cənub qonşumuzun proseslərə necə müdaxilə edəcəyindən, ABŞ-nin bunun qarşısında hansı planlar işlədəcəyindən, Tehranla Qərbin dil tapıb- tapmayacağından asılı olacaq. İsrail isə İranın ambisiyalarının kiçildilməsində çox israrlıdır. Bu nöqtədə bəzən İsrail və ABŞ arasında belə fikir ayrılıqları yaşanır”.
Tarix: 23-11-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}