Vatikanın Putin və Zelenskiyə təklifi var



Vatikan münaqişənin nizamlanması üzrə danışıqlar üçün görüş məkanı ola bilər
“Münaqişə tərəfləri tələb irəli sürərsə, Vatikan Ukrayna məsələsində vasitəçilik etməyə hazırdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Vatikanın xarici işlər naziri, arxiyepiskop Qallaqer deyib.
Qallaqer bildirib ki, Vatikan Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün görüş məkanı ola bilər.
“Müqəddəs Taxt-Tac və Papa hər zaman nizamlanmaya kömək etməyə hazır olub. Lakin hələlik konkret cavab ala bilməyib”, - deyə nazir vurğulayıb.
Tarix: 28-11-2022, 08:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}