Dünya Qüdsdən, Vatikandan, yoxsa Londondan idarə olunur? - HEÇ BİRİNDƏN, BAXIN...


Polyak mənşəli ABŞ politoloq, sosioloq və dövlət xadimi Zbiqnev Bjezinski deyirdi ki, bütün ölkələrin insanları, hökumətləri və iqtisadiyyatları beynəlxalq bank və şirkətlərin ehtiyaclarını ödəməyə xidmət edir.
SİAM.AZ-ın məlumatına görə, KONKRET.az xəbər verir ki, bu nəzəriyyə ilə razılaşanlar dünyada baş verən böhran, dövlət çevrilişlərinin idarə olunduğu ölkə kimi İsveçrəni görürlər. Xırda dövlət olsa da, 400-ə yaxın bank və gizli hesabları ilə məşhurdur.
200-ə yaxın beynəlxalq təşkilatın idarəçiliyi İsveçrənin əlindədir. Davos iqtisadi forumu da İsveçrənin nəzarətində olan mexanizmlərdən biridir. Bəs dünyanın ən önəmli forumlarından biri niyə İsveçrənin kiçik qəsəbəsində keçirilir?
• Çünki yeni dünyanın maliyyə baronu sayılan Rotşild ailəsinin ən əsas üzvü Davosda ölüb və forum onun xatirəsinədir.
• Maraqlı bir fakt ondan ibarətdir ki, İsveçrə Avropanın iqtisadi-sosial təşkilatlarının mənzil qərargahıdır, lakin Avropa İttifaqına üzv deyil.
• II Dünya Müharibəsində heç bir ziyan görməyib. Çünki hamının xəzinəsi İsveçrədədir. Hətta Hitlerin İsveçrə bankındakı vəsaitinin Vatikan hesabına köçürüldüyü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məruzələrində yer alıb. İsveçrə bankları Hitlerin əsas maliyyə dəstəyi olub və ona faizsiz kreditlər verib. Pul Hitler Almaniyasının müdafiə sənayesinə ayrılırdı.
• İri dərman firmalarından ikisinin mənzil qərargahı İsveçrədədir. Ən böyük kimya və toxum istehsalı ilə məşğul olan “Du Pont” şirkəti də oradan idarə olunur. Bu şirkətlər benzin və GMO meyvə-tərəvəz istehsalı ilə milyonlarla insanın ölümünə səbəb olan “General Motors” və “EXXON” ilə şərikdir. Əslində dərman şirkətlərinin vəzifəsi insan ölümü yox, ölümünə çarə tapmaq olub. Amma bunlar ölümü çarədən çox axtarırlar.
• Sürix sığorta, beynəlxalq ödəmələr bankı da İsveçrədədir. Bank faizləri oradan idarə olunur. Yəni yüksək faizlərin aşağı salınması, yaxud kəllə-çarxa qaldırılması onların icazəsilə baş verir. Mərkəzi Banklar İsveçrədəki bankdan idarə olunur.
• Bazeldəki bank idarəçiliyinin işinə heç mərkəzi bankı olan ölkələrin liderləri də qarışa bilmir. Əgər kimsə öz qaydalarını tətbiq etmək istəyərsə, onu devirirlər. Ya da həmin ölkənin iqtisadiyyatına ağır zərbə endirirlər. Türkiyədəki devalvasiyanı örnəklərdən biri kimi qeyd edəcəyik, çünki devalvasiya yalnız Türkiyədə olmayıb. Ümumiyyətlə, mərkəzi bankların özəlləşdirilməsi də İsveçrənin sifarişidir.
• Sözügedən bankın idarəçiliyi Böyük Britaniya və ABŞ-ın nəzarətindədir. Digər səlahiyyətlilər Almaniya, İtaliya və Belçikadır. 2 aydan bir baş tutan gizli görüşlərin keçirildiyi binaya kimsə daxil ola bilməz. İşçilərin hamısının diplomatik toxunulmazlığı var.
Sonda qeyd edək ki, İsveçrə heç bir hücuma məruz qala bilməz. Belə bir təhdid olsa belə, hücum edən tərəf xüsusi mühafizə sistemləri ilə məhv ediləcək. Nüvə hücumu təhlükəsi ilə bağlı 300 minlik mükəmməl sığınacaqlar da mövcuddur.
Tarix: 6-12-2022, 11:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}