Türkiyəyə təzyiqlər artır: Rusiyaya sanksiyalardan yayınmaqda yardım ittihamı

Türkiyəyə təzyiqlər artır: Rusiyaya sanksiyalardan yayınmaqda yardım ittihamı
Son aylarda ABŞ-dan Türkiyəyə Rusiyaya sanksiyalardan yayınmağa yardımla bağlı təzyiqlər sürətlə artır. Fevralın 23-də ABŞ Ticarət Nazirliyinin yüksək vəzifəli şəxsləri Ankaraya gedərək, Rusiyaya satışı qadağan olunan malların Türkiyə vasitəsilə ikili idxalının geniş vüsət aldığına dair xəbərdarlıq ediblər. Xarici mətbuatın yazdığına görə, ABŞ rəsmiləri Ankaraya Rusiyanın hərb sənayesində istifadə etdiyi bir sıra Amerika mənşəli malların Türkiyə üzərindən Rusiyaya çatdırılmasına dair konkret məlumatlar təqdim ediblər. Martın 9-da Türkiyə gömrük orqanları Rusiyaya tranzit yükdaşımalara məhdudiyyət tətbiq edib: bütün gömrük keçid məntəqələrinə ABŞ və Avropa İttifaqının Rusiyaya satışını qadağan etdikləri malların siyahısı göndərilib və onların tranzit rəsmiləşdirilməsinin dayandırılması tapşırılıb. Bu addım Rusiyada ciddi narazılıqla qarşılanıb. Həmin ərəfədə Rusiya mətbuatında yer alan məlumatlardan aydın olur ki, Türkiyə faktiki olaraq bu ölkəyə qadağan olunmuş malların çatdırılması üçün haba çevrilibmiş.
Türkiyə hökumətinin iclasında İsveçə qarşı tədbirlər müzakirəyə çıxarılacaq

Türkiyə hökumətinin qərarına əsasən Rusiyaya satışı qadağan olunan mallardan yalnız Avropa və ABŞ mənşəlilərin Rusiyaya ixracı, tranziti dayandırılıb. Türkiyənin özündə istehsal olunan belə malların Rusiyaya çatdırılmasında hər hansı problem yoxdur.Bu gün isə Bloomberg Türkiyədə Rusiya mənşəli şirkətlərin artmasına dair material yayıb. Agentlik The Economic Policy Research Foundation of Turkey” analitik mərkəzinə istinadən xəbər verir ki, Türkiyədə Rusiya əsilli hüquqi və fiziki şəxslər tərəfindən yaradılan şirkətlərin sayı böyük sürətlə artır. 2022-ci ildə Türkiyədə yaradılan belə şirkətlərin sayı əvvəlki illə müqayisədə 670 faiz artmaqla 1300 olub. Bu, Rusiyanın Qərbdən aralanan böyük şirkətlərinin öz vəsaitlərini Türkiyəyə yatırmağa başladıqlarını göstərir.

Keçən il Türkiyədə İranlı tərəfdaşlarla birgə yaradılan şirkətlərin sayı da bir neçə dəfə artıb. Qərb mətbuatı bunu da İranın sərtləşən Qərb sanksiyalarından yayınmağın əlaməti kimi təqdim edir.
Access to Bloomberg – CityLibrary News

Maraqlıdır ki, Bloomberg və digər Qərb mətbuatı Türkiyə kimi böyük dövlətin ərazisində 1300 Rusiya əsilli şirkətin qeydiyyatdan keçdiyinə diqqət yetirirlər. Amma Türkiyədən on dəfələrlə kiçim olan Ermənistandakı prosesləri “görmürlər”. Məsələ burasındadır ki, 2022-ci ildə Ermənistanda Rusiya vətəndaşları 2,5 min hüquqi şəxs – yəni şirkət yaradıblar. Daha 4 min nəfər isə fədri sahibkar kimi qeydiyyatdan keçib.

Ermənistan Statsitika Komitəsinin məlumatına görə, ölkənin Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq 5 milyard 267 milyon dollara yüksəlib. Bu zaman ixrac 2,8 dəfə artmaqla 2,5 milyard dollar təşkil edib. Və bunun nə az, nə çoxu – 2 milyard 411 milyon dolları Rusiyaya reallaşdırılıb.
Ermənistanda ÜDM kəskin azalıb Ermənistan Statistika Komitəsinin məlumatı »  www.DIASPOR.info

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan etiraf edir ki, bu ixracın əhəmiyyətli hissəsi reeksportdur. Lakin nazir iddia edir ki, hökumət bu prosesə nəzarət edir ki, sanksiya siyahısında olan məhsullar Rusiyaya çatdırılmasın. Lakin faktlar göstərir ki, bu nəzarət sözdədir. Çünki əgər Rusiyaya Qərbin qadağan etdiyi məhsullar reeksport edilmirdisə, bu alver 2022-ci ilin əvvəlində də qeydə alınardı. Amma ötən ilin birinci yarısında Ermənistanın ümumi ixracı cəmi 546 milyon dollar təşkil edib. İkinci yarımildə bu göstərici 3 dəfə artaraq 1 milyard 860 milyon dollara çatıb. /Musavat.com/
Tarix: 22-03-2023, 16:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}