Rusiyaya qarşı 11-ci sanksiyalar paketində əvvəlkilərə nəzarət nəzərdə tutulub

Rusiyaya qarşı 11-ci sanksiyalar paketində əvvəlkilərə nəzarət nəzərdə tutulubUrsula fon der Lyayen

"Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, arıcıl olaraq 11-ci sanksiyalar paketi Moskvaya qarşı artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yayınma ilə mübarizəyə yönəldiləcək".

Bizimyol.info xəbər verir ki, bunu cümə axşamı axşam Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə keçirilən Aİ sammitinin birinci günündən sonra keçirilən mətbuat konfransında deyib.
“Avropa İttifaqı artıq Rusiyaya 10 sanksiyalar paketi tətbiq edib. Bu sanksiyaların qara siyahısında 1275 Rusiya vətəndaşı var və Rusiya Federasiyasından olan hüquqi şəxslərə qarşı 435 tədbir tətbiq edilib. 11-ci sanksiyalar paketi əsasən məhdudiyyətlərdən yayınma, boşluqların aradan qaldırılması ilə mübarizəyə yönələcək", - deyə o qeyd edib.
Avropa Komissiyasının rəhbəri yeni sanksiyalar paketi üzərində işin artıq davam edib-etmədiyini, eləcə də onun tətbiqinin mümkün vaxtını açıqlamayıb.
Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat" adı altında müharibəyə başlamasından sonra Aİ ölkələri Rusiya Federasiyasına qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirib. Artıq 10 sanksiya paketi qəbul edilib.
Rusiya isə işğalçı müharibəni dayandırmaqla bağlı heç bir addım atmaq fikrində deyil, əksinə, ağır itkilərə baxmayaraq  Kremil cəbhənin bir neçə istiqamətində hücumları davam etdirməyə cəhd edir.
Tarix: 24-03-2023, 10:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}