
Gununsesi.info xəbər verir ki, bunu Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Mən həmçinin bu qurumun (BMT Təhlükəsizlik Şurası) qətnamələrində dəfələrlə vurğulananı bir daha təkrar etmək istəyirəm. Həm Ermənistanın, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmamalıdır”, – o qeyd edib.