Müxalifət seçkiyə hazırlaşır: "Hətta seçki qərargahı da yaratmışıq" - SORĞU
Bəlli olduğu kimi, bu ilin payızında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hansı müxalifət partiyaları bu seçkiyə qatılacaqlar?
Bu dəfə də boykot yolunu seçənlər olacaqmı? Bu suallarla bir sıra partiya rəhbərləri və funksionerlərinə müraciət etdik.
Azad Vətən Partiyasının sədri Akif Nağı Bakupost.az -a açıqlmasında bildirib ki, partyanı yaradarkən əsas məqəsədləri parlament seçkilərində iştirak edib yer qazanmaq olub:
"Biz o zaman bunu rəsmən bəyan etdik ki, məqsədimiz parlamentə düşməkdir. Ona görə də partiyamızda seçkiyə hazırlıq prosesi gedir. Arıq sənədlərin və heyətin nizama salınmasına başlamışıq. İlkin məlumatlara görə, seçki noyabrda olacaq. Təbii ki seçkilərdə fəal iştirak edəcəyik. İstər parlament, istərsə də bələdiyyə seçkilərində maksimum yer tutmaq uğrunda mübarizə aparacağıq".
Prezident seçkilərində namizədliyini irəli sürən BAP sədri Elşad Musayev bildirib ki, siyasi partiyaların vəzifələrindən biri də seçkidə iştirak etməkdir:
"Prezident seçkilərində olduğu kimi parlament seçkilərində də iştirak etmək niyyətindəyik. Qismət olsa, mən və partiyamızın üzvləri namizəd kimi seçkidə iştirak edəcəyik".
Prezident seçkilərini boykot edən AXCP-nin sədr müavini Seymur Həzi isə hələlik partiyalarının seçkilərlə bağlı yekun qərarı olmadığını bildirib:
"Təbii ki seçki rəsmən elan olunduqdan sonra AXCP bununla bağlı yekun qərar verəcək. Amma hələ ki mövcud durumda demokratik şəraitdə seçki olacağından söhbət gedə bilməz".
REAL Partiyasının Mərkəzi Aparatının rəhbəri Natiq Cəfərli isə seçkilərə aktiv hazırlaşdıqlarının bildirib:
"Seçkidə həm REAL, həm də şəxsən özüm iştirak edəcəyəm. Artıq 2 aydır seçki qərargahımız fəaliyyət göstərir. Dairələrin öyrənilməsi, müşahidəçilərin müəyyən olunması, treninqlərin keçirilməsi yönündə işlər davam edir".
AMİP sədri Arzuxan Əlizadə də seçkiyə qatılacaqlarının bildirib:
"Konstitusiyaya uyğun olaraq bu il parlament seçkiləri gözlənilir. Amma COP-29 tədbrini nəzərə alsaq, bu, daha tez də ola bilər. İstənilən halda bu il həm bələdiyyə, həm də parlament seçkiləri keçiriləcək. Hətta ola bilsin ki, referendum da keçirilisin. Bu səbəbdən seçkiyə hazırlıq haqda qərar vermişik. Rayon şöbələrinə tapşırıq verilib, hazırlıq işləri aparılır. Mən özüm də seçkidə namizəd olaraq iştirak edəcəyəm".
AĞ Partiyanın sədri Tural Abbaslı da seçkiyə qatılacağını deyib:
"Yəqin ki seçkilər noyabra qədər keçiriləcək. AĞ Partiya olaraq ilin əvvəlindən artıq bu işə start vermişik. Namizədlərimizin müəyyən edilməsi, hansı dairələrdə mübarizə aparacağımız yönündə çalışmalarımız davam edir. Mən özüm də namizəd olaraq iştirak edəcəyəm. Seçkilərin dəqiq tarixinin açıqlanmaması bəzi maneələr törətsə dəŞ yenə də hazırlaşırıq.
Eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da seçkiyə hazırlaşdıqlarını bildirib:
"GAP olaraq seçkidə iştirak edəcəyik. Partiyamız 125 dairənin təxminən 65-də namizəd irəli sürəcək".
ADP sədri Sərdar Cəlaloğlu isə qərarsız olduğunu vurğulayıb:
"Seçkilərin vaxtı ilə bağlı müxtəlif mülahizələr var. Ona görə biz hələ tələsmirik. Rəsmən seçkilər elan olunduqdan sonra ADP olaraq yekun qərar verəcəyik".
Son seçkidə prezidentliyə namizəd olan Fuad Əliyev isə bunları deyib:
"Mən hazırda Müstəqil Həmkarlar Birliyində fəaliyyət göstərirəm. Bizim əsas məqsədimiz vətəndaşların problemlərini işıqlandırmaqdır. Apreldə təşkilatımızın 1 yaşı olacaq. O ki qaldı seçkilərdə iştiraka, rəsmi vaxt açıqlandıqdan sonra müzakirə edib qərar verəcəyik".
Keçmiş Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirib ki, seçkinin dəqiq vaxt haqda məlumat yoxdur:
"Seçkilər elan olunduqdan sonra dairələri və həmin dairələrdə mübarizə aparacaq namizədləri təhlil edib, bitərəf namizəd kimi seçkidə iştirak edə bilərəm".
Tarix: 20-03-2024, 12:13
-
Bu gün, 09:37
İsrail ordusunun tankları Rafaha daxil olub
-
Bu gün, 09:33
Keçirilən toplantılar dost-tanış məclisi olmamalıdır - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 09:32
Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL
-
Bu gün, 09:31
Qısası, hakimiyyət mükəmməl və mürəkkəb oynayır...
-
Bu gün, 09:25
Muxtar Babayev yenə də BALTASINI İTİLƏYİB - BU NƏDİ BELƏ?!
-
Bu gün, 09:24
Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb
-
Bu gün, 09:20
Ukrayna DTX onu vətənə xəyanət ittihamı ilə saxladı
-
Bu gün, 09:17
"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir
-
Bu gün, 09:14
Mirzoyan: “Azərbaycanla bir çox məsələlər artıq razılaşdırılıb”
-
Bu gün, 09:13
"Off, mənim heç o məktub yadımda deyil" - qaçaq səfir Ramiz Mehdiyevə danos-məktubundan DANIŞDI
-
Bu gün, 09:07
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...
-
Dünən, 23:07
NATO generalından mühüm açıqlama: “Ukrayna Krımı geri ala bilməsə…”
-
Dünən, 22:57
"Badamdar Hotel"də külli miqdarda yeyinti - Cinayət işi açıldı
-
Dünən, 22:43
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB
-
Dünən, 22:42
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
-
Dünən, 22:38
Bakının məşhur "Keşlə Bazarı" SÖKÜLƏCƏK - SON DƏQİQƏ
-
Dünən, 17:51
Hesablama Palatası DSMF-də yoxlama aparır
-
Dünən, 17:45
Anara məğlub olan Herisçi od püskürdü: - MƏNİ TƏK QOYDULAR!
-
Dünən, 17:41
Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı - ADLAR
-
Dünən, 16:52
Sabiq deputat, eks-səfir Elmira Axundovanın Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN
-
Dünən, 16:46
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
-
Dünən, 16:33
QALİBLƏRİ MÜDAFİƏ ETMƏLİYİK - YAP millətin çox haqlı olaraq Müzəffər adlandırdığı İlham Əliyevə layiq deyil...
-
Dünən, 16:31
“Məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, üç həftədir suyumuz gəlmir” – Mehdiabad sakinləri
-
Dünən, 16:27
Şuşada olmağımdan xoşbəxtəm - ABŞ səfiri
-
Dünən, 16:23
Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
-
Dünən, 16:20
“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” - İTTİHAM VAR...
-
Dünən, 15:59
Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…
-
Dünən, 15:58
"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relaxs" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub
-
Dünən, 15:56
İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ
-
Dünən, 15:53
“Kişilər özündən böyük qadını ona görə istəyirlər ki, xəyanət…” – Psixoloqdan olay AÇIQLAMA
{sape_links}{sape_article}