“Erməni xalqi cəhənnəmdən keçir” – Kremlin təbliğatçı Qarabağın “itirilməsini” həzm edə bilmir
“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”.
Siam.az “AzPolitika”ya istinadla xəbər verir ki, bunu Kremlin ən tanınmış və ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov son verilişində Ermənistandakı vəziyyəti şərh edərkən söyləyib. Əvvəlcə Yunanıstanın və Bolqarıstanın Rusiyaya qarşı nankorluğundan və Ukraynaya yardım göstərməsindən gileylənən Solovyov daha sonra Ermənistana keçib.
Həmişəki iyrənc üslubunda çıxış edən bu avantürist utanmadan Ermənistanın indiki hakimiyyətini “Qarabağı satmaqda” günahlandırıb: “Bizim gözümüzün önündə “dağlıq Qarabağ”ı verdilər. Paşinyan bircə dəfə də demədi ki, “dağlıq Qarabağ”ın statusu nədir? O, yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə dirəşib. Bu formulla çıxış etməklə o, ermənilərin haranı öz torpaqları hesab etdiklərini demir və Qarabağı satır. Erməni deputatları deyir ki, Rusiya bazası Ermənistanı müdafiə etmək üçün heç nə etmədi. Hansı Ermənistanı? Göstərin, hansı Ermənistanı? Ermənistan hakimiyyətinin Rusiyaya hərbi yardımla bağlı bircə rəsmi müraciətini göstərin. Rusiya ordusu barədə deyilənlərdən öncə, deyin görək, sizin ordu, Ermənistan ordusu hansı döyüşlərdə iştirak edib?”
Solovyov deyib ki, Ermənistan Qarabağ müharibəsi zamanı rəsmən hərbi vəziyyət elan etməyib və Rusiyanı hərbi müdaxilə üçün çağırmayıb. Buna görə Paşinyan hakimiyyətini qınayan imperiyaçı həşarat Rusiyanın Cənubi Qafqazdakı işğalçılıq siyasətinə haqq qazandırıb və erməniləri Paşinyanı hələ də hakimiyyətdə saxlamaqda günahlandırıb: “Bu gedişlə Ermənistandan nə qalacaq? Sonra yenə Rusiyanı günahlandıracaqsınız?”
Rus xalqının erməni xalqından heç zaman üz çevirməyəcəyindən, “erməni-rus qardaşlığından”, ermənilərin “qədim xristianlığından” dəm vuran Solovyov Rusiya dövlətinin Ermənistan hakimiyyətindən, dövlətindən üç çevirə biləcəyini deyib: “Ermənistan hakimiyyətindəkilər doğrudanmı xristiandırlar? Onlar doğrudanmı erməni xalqının maraqlarına xidmət edirlər?”
Solovyov ermənilərə müasir Ermənistanın Rusiyanın sayəsində yarandığını xatırladıb və deyib ki, Rusiyanın hərbi-iqtisadi dəstəyini Qərb heç vaxt əvəz edə bilməyəcək. Sonda isə qeyd edib ki, Paşinyan hakimiyyəti heç vaxt rus və erməni xalqlarının "qardaşlığını" məhv edə bilməyəcək.
Beləliklə, sözsüz ki, hər zaman olduğu kimi Kremlin ağzı ilə danışan Solovyov növbəti dəfə Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmir və onun “itirilməsini” heç cür həzm edə bilmədiklərini göstərir.
Tarix: 11-04-2024, 21:19
-
Bu gün, 09:37
İsrail ordusunun tankları Rafaha daxil olub
-
Bu gün, 09:33
Keçirilən toplantılar dost-tanış məclisi olmamalıdır - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 09:32
Paşinyana qarşı hücumlar: Kim harada dayanıb? - TƏHLİL
-
Bu gün, 09:31
Qısası, hakimiyyət mükəmməl və mürəkkəb oynayır...
-
Bu gün, 09:25
Muxtar Babayev yenə də BALTASINI İTİLƏYİB - BU NƏDİ BELƏ?!
-
Bu gün, 09:24
Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb
-
Bu gün, 09:20
Ukrayna DTX onu vətənə xəyanət ittihamı ilə saxladı
-
Bu gün, 09:17
"Məlhəm"lə bağlı məhkəmə iddiası - Maddi ziyan tələb edilir
-
Bu gün, 09:14
Mirzoyan: “Azərbaycanla bir çox məsələlər artıq razılaşdırılıb”
-
Bu gün, 09:13
"Off, mənim heç o məktub yadımda deyil" - qaçaq səfir Ramiz Mehdiyevə danos-məktubundan DANIŞDI
-
Bu gün, 09:07
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...
-
Dünən, 23:07
NATO generalından mühüm açıqlama: “Ukrayna Krımı geri ala bilməsə…”
-
Dünən, 22:57
"Badamdar Hotel"də külli miqdarda yeyinti - Cinayət işi açıldı
-
Dünən, 22:43
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB
-
Dünən, 22:42
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
-
Dünən, 22:38
Bakının məşhur "Keşlə Bazarı" SÖKÜLƏCƏK - SON DƏQİQƏ
-
Dünən, 17:51
Hesablama Palatası DSMF-də yoxlama aparır
-
Dünən, 17:45
Anara məğlub olan Herisçi od püskürdü: - MƏNİ TƏK QOYDULAR!
-
Dünən, 17:41
Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı - ADLAR
-
Dünən, 16:52
Sabiq deputat, eks-səfir Elmira Axundovanın Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN
-
Dünən, 16:46
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var – diplomsuz direktor müavini, “ailə podratı” və s.
-
Dünən, 16:33
QALİBLƏRİ MÜDAFİƏ ETMƏLİYİK - YAP millətin çox haqlı olaraq Müzəffər adlandırdığı İlham Əliyevə layiq deyil...
-
Dünən, 16:31
“Məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, üç həftədir suyumuz gəlmir” – Mehdiabad sakinləri
-
Dünən, 16:27
Şuşada olmağımdan xoşbəxtəm - ABŞ səfiri
-
Dünən, 16:23
Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
-
Dünən, 16:20
“Rauf Quliyev külli miqdarda pulumuzu ələ keçirib” - İTTİHAM VAR...
-
Dünən, 15:59
Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…
-
Dünən, 15:58
"Azercell"dən ölkə turizm inkişafına zərbə - "Relaxs" Ailəvi İstirahət Mərkəzini internetsiz qoyub
-
Dünən, 15:56
İmişlinin həkimsiz qalan TİBB MƏNTƏQƏSİ
-
Dünən, 15:53
“Kişilər özündən böyük qadını ona görə istəyirlər ki, xəyanət…” – Psixoloqdan olay AÇIQLAMA
{sape_links}{sape_article}