“Bu halda respublikaçılar öz mövqelərini itirəcək... - Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
İranın İsrailə raket zərbələri, deyəsən, artıq az qalıb bir il ola ki, Ukraynaya hərbi və maliyyə yardımını ləngidən ABŞ Konqresini də bir balaca silkələyib. Aprelin 15-də Nümayəndələr Palatasının spikeri Mayk Conson xarici yardımı Nümayəndələr Palatası vasitəsilə köçürmək planını açıqlayıb; Ukrayna, İsrail, Tayvana və digər milli təhlükəsizlik prioritetlərinə kömək etmək üçün dörd ayrı qanun layihəsi təqdim edib.
Görəsən, Rusiyanın artıq Şərqi Avropanın NATO üzvü olan ölkələri üçün də birbaşa təhlükə kəsb etdiyi ağır bir zamanda Ukraynaya yardımın bu dərəcədə ləngidilməsində subyektiv amillərin rolu bu dərəcədə çoxdurmu? Burada Mayk Consonun respublikaçı olması və prezidentliyə namizəd D.Trampın siyasətinə uyğun davranması da rol oynayırmı?
Mövzu ilə bağlı Moderator.az-a açıqılamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
“ABŞ-nin üç ölkəyə: Ukrayna, İsrail, Tayvana yardım layihəsinə gəldikdə, əlbəttə, Bayden administrasiyası o layihəni bilərəkdən belə təqdim etmişdi. Ona görə ki, respublikaçıların İsrailə yardıma etiraz edə bilməyəcəklərini bilirdi. Ukraynaya yardıma isə mütləq etiraz edəcəklər. Çünki Ukraynanın uğursuzluğu onların marağındadır: qarşıdan gələn seçkilərdə Trampın uğur qazanması üçün... Və Tayvan – Çin məsələsi də bir qədər mübahisəli məsələ idi. Bax, belə bir paket təqdim olunanda respublikaçılar, birbaşa Trampın adamı olan spiker Mayk Conson da buna maneə yaratdı. Amma İranın İsrailə hücumu məsələni aktuallaşdırdı. Ona görə də respublikaçılar vəziyyətdən belə bir çıxış yolu tapdılar ki, məsələni ayrı-ayrı qanun layihələri şəklində müzakirə etsinlər. Çünki İsrailə “yox” deyə bilmirlər. Bu halda ABŞ-də mövqelərini itirəcəklər, güclü İsrail lobbiçilərinin təzyiqi ilə üzləşəcəklər və bu da seçkiqabağı respublikaçılara lazım deyil. Onsuz da Trampın şansları durmadan azalmaqdadır. Düşdüyü məhkəmə, intim qalmaqallara görə... Bu səbəblərdən respublikaçılar belə addım atdılar. Və indi, sanki vəziyyətdən bir çıxış yolu tapdılar. İsrailə yardımla bağlı layihə, əlbəttə, tezliklə təsdiqlənəcək. Buna zərrə qədər şübhəm yoxdur. Ukraynaya yardımla bağlı layihə isə uzun-uzadı müzakirə və mübahisələrə səbəb ola, hətta, ola bilsin, yenidən gündəmdən çıxarıla bilər. Mən bunu istisna etmirəm. Lakin bütün bunların arxasında ABŞ-nin daxili siyasəti dayanır, bu siyasətin arxasında isə demokratlarla republikaçılar arasındakı qarşıdurma və Nümayəndələr Palatasına nəzarət edən trampist respublikaçıların faktiki olaraq sabotajı dayanır. Ağ Ev administrasiyası bunu dəf edib Ukraynaya yardımı həyata keçirə bləcəkdimi – bunu söyləmək bir qədər çətindir. Qaldı ki, daxili siyasi mübarizə getdiyi bir məqamda, hakimiyyət uğrunda mübarizədə NATO müttəfiqlərinin taleyi trampistlər üçün önəmli deyil. Unutmayaq ki, Tramp bu gün də iddia edir ki, ABŞ hətta NATO-dan çıxa bilər. Yəni Tramp administrasiyası bir izolyasiyanist siyasət yürüdübdür. İndi də söz verir ki, hakimiyyətə gəlsə, bir az da uzağa gedəcək – NATO-dan çıxacaq. Bu mənada istər Şərqi Avropadakı, istəq Qərbi Avrpadakı NATO müttəfiqlərinin taleyi onların gələcəyi, onların təhlükəsizliyi trampistlər üçün zərrə qədər əhəmiyyət kəsb etmir. Bu, onların davranışından açıq-aydın görünür...”
Tarix: 19-04-2024, 22:24
-
Dünən, 18:02
“İcra başçılarına 3 ay vaxt verilməlidir...” - Deputatdan sərt sözlər
-
Dünən, 18:01
Yaşıllıqları məhv edən “Qismət-M House” MMC məhkəməyə verildi
-
Dünən, 17:59
Göyçay sakini Şəhər Təsərrüfatı Birliyinin rəhbərliyindən şikayətçidir - RƏSMİ QURUMLARA MÜRACİƏT
-
Dünən, 17:53
"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - FAKT BUDUR!
-
Dünən, 17:50
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
-
Dünən, 17:47
Sərhədlərimizdə arzuolunmaz ssenari: “Bakı ehtiyatlı olmalıdır”
-
Dünən, 17:45
Regionu yenidən qan çanağına çevirmək istəyirlər – Təhlükəli oyunlar
-
Dünən, 14:51
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
-
Dünən, 14:49
“Azərbaycanın Avropa İttifaqı və ABŞ-la münasibətlərinin ənənəvi balansdan çıxması ciddi təhlükələr yaradar”
-
Dünən, 14:46
Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirildi - VİDEO
-
Dünən, 14:43
Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar
-
Dünən, 14:40
Xarab məhsul satırlar... hələ müştərini də incidirlər... - GİLEY
-
Dünən, 14:37
66 senatordan "Azərbaycana sanksiya, Ermənistana 200 milyon dollar yardım" ÇAĞIRIŞI
-
Dünən, 14:35
“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin”
-
Dünən, 14:35
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
-
Dünən, 14:34
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi
-
Dünən, 12:23
Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi BİAYBIRÇILIĞA NİYƏ SUSUR???
-
Dünən, 09:45
“Naxçıvan Əli aşından da olub, Vəli aşından da”
-
Dünən, 09:42
Macarıstan Aİ-nin Ermənistanı silahlandırmasına imkan vermədi - mövqe
-
Dünən, 08:16
Gürcüstan prezidenti gənclərə müraciət ETDİ
-
Dünən, 08:14
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 07:57
Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi
-
Dünən, 07:51
Moskvada panika: Kiyevə yardım Rusiyanın işğal planlarında nələri dəyişdi?
-
Dünən, 07:48
Ukraynadan çağırış: "Azərbaycan İsveçrəyə gəlsin və..."
-
Dünən, 07:40
“Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”
-
Dünən, 07:37
Aldığınız Qidaların Üzərində Bu İşarə Varsa DİQQƏT! Xərçəng Yaradır
-
Dünən, 07:35
Neptun Marketə dəhşətli mənzərə - zəhərli sosiskalar satılır - VİDEO
-
Dünən, 07:20
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi – Azərbaycanlılar da var
-
1-05-2024, 23:10
Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq
-
1-05-2024, 23:08
Bu şirkətin kapitalı öz ölkəsinin iqtisadiyyatından böyükdür - Vətəndaşlar narahatdır
{sape_links}{sape_article}