Kimlər deputat olmayacaq - ƏN YENİ SİYAHI
Azərbaycanda yaxın vaxtlarda VII çağırış Milli Məclisə seçkilərin keçiriləcəyi gözlənilir. Azərbaycanın Konstitusiyasının 84-cü (Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Konstitusiyasının 98-ci maddəsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericilik hazırki seçkilərin erkən keçirilməsinə əsas verir. Yəni yay aylarında seçkilərin keçirilməsi gözləniləndir. Bir neçə gün öncə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər. O, buna səbəb kimi noyabr ayında keçiriləcək COP29-la bağlı tədbirləri göstərib: "Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır".
Belə olan halda, parlamentin üzvlərinin kimlərdən formalaşacağı diqqət mərkəzindədir. Ona görə də iddiası olanlar, artıq fəallaşmağa başlayıblar. Seçkidən seçkiyə fəallaşanlar həmişə olub.
Pravda.az xəbər verir ki, bu dəfə isə mənzərə fərqli olacaq, dövlət və xalq hər zaman fəal olanlara üstünlük verəcək. Ona görə də hazırki deputatların bir hissəsinin VII çağırışda yer almayacağı, xüsusilə siyasi partiya təmsilçilərinin yenilənəcəyi bildirilir. Bütün hallarda hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərinin yeni parlamentdə çoxluq təşkil edəcəyi şübhəsizdir. Onu da qeyd edək ki, hazırki sədr Sahibə Qafarovaya yenidən etimad göstəriləcəyi ehtimalı böyükdür. Müavinlər səviyyəsində dəyişiklik ediləcəyi gözləniləndir. İşğal altında olan torpaqları cəmi 44 günə azad edən ölkənin parlamenti daha da güclənməlidir. İndi müharibə hərb meydanında deyil, diplomatik müstəvidə həyata keçirilir. Prezident İlham Əliyev bu döyüşü də uğurla həyata keçirir. Bu məsələdə deputatların da üzərinə böyük məsuliyyət düşür. Ona görə də yeni çağırış Milli Məclis həlledici olacaq.
Növbəti çağırışda təmsil olunmayacağı bildirilən deputatların adlarını təqdim edirik:
Ülviyyə Ağayeva (bitərəf)
Əminə Ağazadə (bitərəf)
Sahib Alıyev (bitərəf)
Müşfiq Cəfərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Nizami Cəfərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Məzahir Əfəndiyev (bitərəf)
Jalə Əhmədova (bitərəf)
Jalə Əliyeva (bitərəf)
Rauf Əliyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Əhliman Əmiraslanov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Ziyafət Əsgərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Oqtay Əsədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Emin Hacıyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Sabir Hacıyev (bitərəf)
Aydın Hüseynov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Sevinc Hüseynova (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Ülviyyə Həmzəyeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Malik Həsənov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Nurlan Həsənov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Səbinə Xasayeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Eldar İbrahimov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Məlahət İbrahimqızı (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İmamverdi İsmayılov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Şahin İsmayılov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Pərvin Kərimzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Kəmaləddin Qafarov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Cəbi Quliyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Musa Qasımlı (bitərəf)
Sadiq Qurbanov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Aydın Mirzəzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Rasim Musabəyov (bitərəf)
Elşən Musayev (Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir)
Anar Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Aqil Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İlham Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İqbal Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Məşhur Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Əli Məsimli (bitərəfdir)
Aqiyə Naxçıvanlı (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Könül Nurullayeva (Bitərəfdir)
Bəxtiyar Sadıqov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Əliabbas Salahzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Ziyad Səmədzadə (bitərəfdir)
Vasif Talıbov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Sədaqət Vəliyeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İltizam Yusifov (bitərəfdir)
Fatma Yıldırım (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Qeyd: Bu, seçki prosesi olduğundan kiminsə indidən qəti şəkildə seçilməyəcəyini bildirmək mümkün deyil. Amma reallıq ondan ibarətdir ki, hakim Yeni Azərbaycan Partiyası çox güclüdür, irəli sürdüyü namizədlərin əksəriyyəti qələbə çalır. Digər bir məqam ondan ibarətdir ki, əgər hakim partiya hansısa seçki dairəsində güclü bitərəf şəxsin namizədliyinə loyal yanaşırsa, o zaman həmin dairəyə güclü namizəd irəli sürmür. Bir sözlə, hakim partiya seçkilərdə lokomativ rolunu oynayır.
Tarix: 6-05-2024, 09:12
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}