“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..” - Ərəstun Oruclu ŞƏRH EDİR
Erməni politoloq, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müşaviri Vladimir Poqosyan “Noyan Tapan” kanalına müsahibəsində belə bir fikir səsləndirib ki, Gürcüstan suverenliyini itirsə, Ermənistanın suverenliyi də sona çatacaq. Görəsən, bu fikir nə dərəcədə gerçəkliyə uyğundur. Doğrudanmı iki Qafqaz ölkəsindəki proseslər bu dərəcədə bir-birinə bağlıdır?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlmasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:
“Açığını deyim ki, “Noyan Tapan” kanalını müntəzəm izləyirəm. Çünki bu, erməni siyasətinin revanşist, barışmaz, radikal qanadının tribunasıdır. Xüsusən də orada əsas radikallardan biri keçmiş hərbçi Vladimir Qasparyandır. Düzdü, Poqosyanı avantürist, provokator hesab edirəm. Amma onun bəhs etdiyiniz müsahibəsinə də baxmışam və ədalət naminə deyim ki, Gürcüstan məsələsi ilə bağlı fikrində müəyyən həqiqət var.
Ümumiyyətlə, demək lazımdır ki, Cənubi Qafqaz vahid bir orqanizm kimi nəzərdən keçirilməlidir. Cənubi Qafqaz respublikalarının hər üçü bir-biri ilə sıx bağlı və əlaqəlidir. Məhz ona görə də Poqosyan tamamilə haqlıdır ki, Gürcüstan suverenliyini itirsə, Ermənistan da itirəcək. Ancaq o nəyi nəzərdə tutur? Poqosyan nəzərdə tutur ki, əgər Gürcüstan Rusiyanın tam nəzarətinə keçsə, Ermənistannın bugünkü xarici siyasət doktrinası öz əhəmiyyətini itirəcək. Ona görə ki, bu gün Ermənistan daha çox Qərblə inteqrasiyaya can atır. Və Ermənistan üçün Avropa ilə yeganə kommunikasiya imkanı Gürcüstan ərazisindəndir. Yəni Azərbaycanla ən azı sülh müqaviləsi imzalananadək onun ərazisindən belə kommunikasiyaları reallaşdırmaq mümkün olmayacaq. İranla Qərb bu məsələdə anlaşmaya gedə bilməz. Bu, heç nəzəri cəhətdən də mümkün deyil. Türkiyə ilə isə münasibətləri nizamlanmayınca Ermənistanın həmin ölkə vasitəsi ilə də Qərbə çıxışı mümkün deyil. Özəlliklə də əgər Qərbdə Ermənistanı silahlandırmaq, onun hərbi gücünü artırmaq istəyənlər varsa, nə Azərbaycan, nə də Türkiyə üzərindən oraya silah-sursat, texnika və s. çatdırılması mümkün olmayacaq. Hətta Azərbaycanla sülh müqaviləsi imzalansa, hətta Ermənistan-Türkiyə münasibətləri normal müstəviyə keçsə belə...
Dediyim kimi, Ermənistan üçün Qərbə, Avropaya yeganə nəqliyyat, loqistika, kommunikasiya çıxış Gürcüstan üzərindəndir. Bu mənada, təbii ki, Gürcüstan suverenliyini itirəcəyi halda Ermənistanı ciddi problemlər gözləyir. Lakin öncə dediyim kimi, bu hələ qarşılıqlı əlaqədir. Biz hələ bilmirik ki, əgər Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir. Çünki Azərbaycanın da nəqliyyat, loqistika kanallarının mütləq əksəriyyəti Gürcüstan üzərindən reallaşdırılır. Digər tərəfdən, Azərbaycansız, Ermənistansız Gürcüstanın da bir əhəmiyyəti olmur. Yəni burda söhbət ilk növbədə ondan gedir ki, Gürcüstan suverenliyini itirsə, nə olacaq. Poqosyan isə açıqlamır ki, söhbət konkret hansı şəkildə suverenliyin itirilməsindən gedir. O son vaxtlara qədər rusiyapərəst kimi çıxış edir. Bəlkə o düşünür ki, Gürcüstanda Qərb təsirinin tam bərqərar olacağı halda guya bu ölkə suverenliyini itirir. Çünki onun söylədiyi fikir mövcud reallıqda Paşinyan siyasətinə təhdidlərlə uyğunlaşır. Poqosyan isə bildiyim qədər Paşinyan tərəfdarı deyil. Hər halda son vaxtlaradək belə deyildi...”
Tarix: 6-05-2024, 15:44
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}