Hər kim üç qızına və ya üç bacısına yiyə durarsa, behiştdə Peyğəmbərlə qonşu olar...





Qız övladlarının iffətli və pak ətəkli böyüməsi elə mövzulardandır ki, valideyni üçün böyük savab və əcrə malikdir.

Bu haqda Həzrət Peyğəmbər (s) buyurur: “İffətli və pak ətəkli qız övladları – çox gözəl və yaxşı övladlardır. Hər kimin (belə) bir qızı olarsa, onun vasitəsilə Allah onu atəşdən qoruyar.

Hər kimin iki qızı olarsa, Allah onu behiştə göndərər.

Hər kimin üç qızı və ya onlar kimi bacısı olarsa, Allah yolunda cihad və sədəqə  (vəzifələri) ondan götürülər.

Hər kim üç qızına və ya üç bacısına başçılıq edərsə və onları saxlamaqda səbir və hövsələ göstərərsə - o zamana qədər ki, bəxt evinə gedərlər və ya torpağın altında yatarlar – mən və o, behiştdə bu ikisi kimi olacağıq”. Sonra orta barmağı ilə şəhadət barmağına işarə edir.

Sual verirlər: “Ya Rəsulallah! İki qıza və ya bacıya başçılıq etmək necə olur?”.

Buyurur: “Həmin hökmə malikdir və birinə başçılıq etmək də həmin savab və mükafata malikdir”. (Beytutə) /Deyerler.org/

Xatırladaq ki, 11 oktyabr Beynəlxalq Qız Övladları Günüdür.
Tarix: 7-10-2018, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}