Korrupsiya ilə mübarizə köklü islahatdan keçir

                 Korrupsionerin korrupsiyadan ,rüşvətxorun rüşvətdən əl çəkməsi müşkül məsələdir.Canavarın ətdən ,narkomanın narkotikdən imtina etməsi qədər ağırdır. Ancaq bəs iradə ,şüur insana nədən ötəri verilib ? Axı haqqında söz açdığımız korrupsiya sağalmaz mərəz də deyil .Təki “xəstə”islah olmaq istəsin narkotikdən”üzülüşmək üçün ən əvvəl özü səy və dözüm göstərsin .Bu yoxdursa heç bir təbib ona kömək edə bilməyəcək və gec-tez o ,labud sonluğa tuş gələcək,ya türməyə gedəcək,ya da (narkomandırsa ) vaxtından əvvəl qəbir evinə... Azərbaycanda son günlər korrupsiya ilə mübarizə söz –söhbəti yayılıb.Di gəl azacıq araşdıranda məlum olur ki,yeni hoqqa “yuxarıların”korrupsiya mərazında total şəkildə xilas olmaq daha çox xalq və Qərb qarşısında gözdən pərdə asmağa oxşayır,görüntü kompaniya xarakteri daşıyır,özünü təmizə çıxarmağa xidmət edir.Halbuki məsələ ciddidir.Xüsusilə də məmur oliqarxların varidati barədə qərb mətbuatının acıqlamaları ,qonşu ölkələrdə xalq hərəkatının simpitomları parlametin buraxılması ,olkəmizdə şəhid ailələrinə veriləsi birdəfəlik yardımların verilməməsinə etirazlar səngimir.Demək istəyirik ki,ağlı başında olan görsə ki,qonşuda yanğındı ,özü evi barədə tədbir görər.Azərbaycanda korrupsiya ilə mübarizə (əgər belə şey varsa )yenə də onu törədən səbəbə qarşı yox nəticələrə qarşı yönəldib .Həkimlər buna simptomatik müalicə deyir.Yəni hansısa xəstəliyin səbəblərinə toxunmadan nəticələri –simptomları aradan qaldırmaq üsuludur.Misal ücün,başın ağrıyırsa analgin,sancın varsa spazmolqon atırsan ,çəkilir.Ancaq müvəqqəti.Çünki başağrısı arterial hipertentyadan (yüksək qan təzyiqindən) də yarana bilər,təzyiqin düşməsindən (hipotoniyadan) qan azlığından və sair,yəni səbəb nə qədər aradan qalxmayıb ,xəstəlik özü hədəf götürülməyib,simptomatika dəyişməyəçək. Qəribədir ,bir yandan məmurlara guya korrupsiyanı azaltmaq göstərişi verir,digər yandan isə telekanallarda “xalqın gözünü acan “,tənqidi reportajlar yasaqlayan əmr gəlir.Məntiq varmı ? Azərbaycanın paytaxtı Bakıdan tutmuş bütün regionları bürümüş rüşvət epidemiyasını necə düzəltmək olar?. Bizim Biləsuvar rayonunda məktəb uşaqları da bilir ki,onun valideyini Xırmandalı Bələdiyyəsinin sədrinə rüşvət verməsə ev tikmək üçün həyətyani torpaq sahəsi ala bilməz.İş bununla bitmir,işdir Bələdiyyədən torpaq sahəsi alsa rayon torpaq komitəsini görməli ,rayon İcra Hakimiyyətindən bəzi razılaşdırma sənədləri də almalıdır.                                                                                                                                                               Belə çıxır ki, 6 sot torpaq almaq vətəndaşa 2500-3000 min manaata başa gələr ən azı.Bu kənd yerlərində belədir.Yaxud Biləsuvar rayonunda dövlət ehtiyyat torpaqları kimin əlindədir?.Bir mənalı olaraq İcra Aparatının məmurları ,onların qöhum-qardaşlarının əlindədir. Rayonda dövlət ehtiyyat torpaqları necə gəldi ,təyinatlar istənilən vaxt dəyişdirilir.İndidə dəb düşüb balıqyetişdirmə sünii göllər (dambalar) yaratmaq.Balıqyetişdirmə göllərin əsas hissəsi rayon icra aparatının məmurları mövqeyindən istifadə edərək sünii göllərin salınmasına bir manaatda xərcləmədən İşlərin görülməsini tabeliyində olan təşklatların hesabına görülüb.Demək olar ki,rayonda balıqyetişdirmə gölləri 23 nəfərə məxsusdur.Hec birinin də rəsmi qeydiyyatda olmaması gün kimi aydındır.Kecən ilin əvvəllərində Prezident aparatının rəhbəri R.Mehdiyev cənabları rayon rəhbərlərinə rəsmi qaydada qanunsuz yollarla formalaşdıriılan balıqyetişdirmə göllərin ləğv edilməsi barədə tapşırıq verilsədə desəm ki,təsirli tədbir görülmədi bəlkədə səhv etmərəm. Rayonda iş yerlərinin olmasından söhbət gedə bilməz.Rayonda ticarət mərkəzləri ,dükan-bazarlar məmürların əlinin altındadır.Ümumiyyətlə ,gözə dəyən pul cıxan nə varsa məmürlarındır.Qaldı qara işlər , bu işlər kimsəsiz sadə vətəndaşlar məşqul olur və s.Bu söylənənlər hakimiyyət telekanallarında heç deyillərmi ?Bu səbəbdən də hakimiyyət telekanallarına düz əməlli baxan varmı?! Canaq antenalarının canı Sağ olsun .Özünü müstəqil sayan kanallar ,dövlət telekanallarını təkrar edir.Tənqidin dozası “JEK”müdiri vəzifəsindən oyana kecmir. Yasaqlansa da yasaqlanmasa da xalq televiziyaya baxsada ,baxmasa da gercək birdir:-Nə fərqi vardı ,Əmək və Əhalinin Sosial Müdafiəsi  naziri Səlim Müslümov,Sahil Babayevlə əvəzləndi.Mahiyyət dəyişdi ,keyfiyyət dəyişmədi.Onun adamları bir qisimi getdi,bunun adamları gəldi.Görünən odur ki,Biləsuvar rayon DSMF-da könə kadrlar cirkin əməllərini davam etdirir,vətəndaşlar  DSMF-nin istəklərinə   tabe etdirilir.Kimsə bu idarədən şikyət etsə ,vəzifə səlahiyətlərindən  və zənginliyindən istifadə edərək müdir Fərasim Əliyev Məhkəmədə sərəf və ləyaqətin müdafiyəsinə görə iddia qaldırır.Rayon məhkəmələrinin iş metodları hamıya bəllidir.Nəticədə bu günün reallığı ac-yalavac,işsiz əhali bu hakimiyyətdən ciddi şəkildə qəzəblidir.Və bu qəzəbi soyutmaq üçün heç bir iş görülmür,əksinə ölkədə soyğunçu və əsassız bahalaşma pik nöqtəsinə catıb.Əgər korrupsiya ilə “mübarizə “fonunda belə şəkər. qənd ,ət ,ərzaq məhsulları bahalaşırsa hansı mübarızədən dəm vururlar?!. Baş alıb gedən manapoliya ,süni qiymət artımı bizi hara aparır ?...,məncə Azərbaycandakı bu avtoritar idarəciliyi Ərəb ölkələrindən fərqləndirən ,həm də zəif salan ən əsas əlamətidir.Hec bu rejim islahatlara getmək istəmədiyini dilə gətirmir ,sadəcə olaraq ləngidib,ömürqazanmaq ücün vaxt udmaq istəyir.Sadə xalqın canı cıxır və kimsə özünü allatmaqla təsginlik tapırsa ,tapsın.Ancaq təsəlli ilə xəstəlik sağalmaz. Əlizadə Nəhmədağaoğlu tel:0556408124                                                        Siam.az 
Tarix: 14-11-2018, 14:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}