Mart ayında 10 gün iş olmayacaq


Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.

Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür. Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən, ardıcıl 3 gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.

Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq. Martın 27-də isə növbəti iş günüdür.

Tarix: 20-02-2019, 20:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}