DYP inspektorlarının pusqu, tələ və cərimə oyunu - FOTOLAR
Bu günlərdə Bakıda 4 dəfə narkoza düşmüş bir sürücü əsəbləşərək DYP əməkdaşını təhqir etmişdi… Onu cəzalandırdılar. Amma yəqinki çoxlarımız hər gün belə əsəbi situasiya ilə qarşılaşırıq…
Tanınmış vəkil Əlirza Həbilov həmin sürücünün hərəkətinə hüquqi qiymətin verilməsi ilə bağlı özünün FB səhifəsində maraqlı status paylaşıb. Buna görə təşəkkürlər… Və ən vacibi, nazir Vilayət Eyvazov sürücünü o həddə gətirən polis zabitini də cəzalandırdı-işdən çıxardı. Nazir bununla demək istədi ki, Azərbaycanın ən adi və sadə vətəndaşı olan sürücü ilə dil tapa bilməyən polis zabiti bizə lazım deyil!!! Axı söhbət həm də sürücünün belə vəziyyətə gətirilməsindən, bu hala təhrik edilməsindən getməli deyilmi? Necə olur ki, elə həmişə sürücülər günahkar olur???Yaşadığım Sabit Orucov küçəsi (Xətai rayon Prokuroluğu ilə kəsişmə) şəhər istiqamətində gedəndə Xətainin heykəlinə dirənir. 4 yerdə yol kəsişməsi var, amma işıqfor yoxdur. Yəni, nizamlanmayan yolayrıcıdır. Yolun ortasına bütöv xətt çəkiblər. Bu küçədə 4-5 restoran, böyük "Araz market” və iki "Mütəkkə” adlı qəlyanxana var… Yolun sağı da, solu da maşın dayanacağıdır. Küçədə hər gün səhərdən axşamadək tıxacdır. DYP-nin təzə "Mersedes”ində əyləşən cüt inspektorlar buradakı restoranların kabab tüstüsündə maşında oturub sürücüləri güdürlər ki, kim kimə yol verdi, tələsdi və s. Tıxaclı belə yollarda onsuz da hamı bir-birinə yol verir. Elə olmasa, köməkçi yoldan düz və ya sağa, sola keçmək üçün gərək döşək və mütəkkə götürüb yolda yatıb saatlarla gözləyəsən. Mən hər gün bunun şahidiyəm. DYP-nin 4-5 avtomobili isə burada pusqududadır. (fotoşəkillərini təqdim edəcəyəm). Yolu nizamlamaq əvəzinə, düşürlər hansısa sürücünün üstünə ki, filan avtomobilə yol verməli idin, 60 manat cərimə, 3 bal da mükafat! Ötən dəfə məni saxlayır, deyirəm, o restoranın, ətkəsən dükanın qarşısında gizlənincə, gəl dur burda. Maşında xalamı həkimə aparıram… Deyir ki, hara tələsirsən? Deyirəm, tələsmirəm, yol gedirəm, o xalanı doğum evinə aparıram. Maşına baxıb deyir ki, onun 80 yaşı var. Deyirəm, bizim xalalar uşaq puluna görə 80-də də doğur. Başqa sözünüz var? Üzümə baxır. Deyirəm, a kişi, camaatı hövsələdən çıxarırsınız. Çünki sizə hər gün adambaşı 20 protokol, 10-15 adama isə bal yazdırmalısınız ki, filankəslərin hesabı düzəlsin, villası tikilsin, katibəsinin maşını təmir olunsun… Dislokasiya yeriniz restoranın qarşısında gizlənib adam güdməkdir? Deyir ki, hardan bilirsən? Deyirəm, o gördüyün evdə yaşayıram və sizi hər gün orda görürəm, həyətdəki o kamera da sizi çəkir. Heç olmasa, nazir Vilayət Eyvazovdan, bu millətin halından çəkinin. Dünyanın yalnız Azərbaycan adlı ölkəsindədir ki, "QAİ” öz vəzifəsini protokol yazmaqda və cərimə toplamaqda görür. Deyirəm, vergi işçisiniz ki, cərimə yığmaqla məşğulsunuz?! Bununla hara gedirik, hörmətli Əlirza müəllim! Sentyabrın 6-10-u Kiyevdə oldum, and olsun Rəfail Cəbrayılovun girov deputat vəsiqəsinə, 5 gün ərzində o boyda şəhərdə bircə dəfə "QAİ” gördüm. Parkovka deyənin dilini kəsirlər. Bizdə isə evdən çıxan kimi, "irəli ver, geri ver” deyib pul yığanların, Bakı Nəqliyyat Agentliyinin kameralarının, adamgüdən DYP əməkdaşlarının əlindən qaçıb ölkəni tərk etmək istəyirsən… Bunlara son qoyulmalıdır. Düşünürəm ki, ictimaiyyət ölkə Prezidentinə müraciət etməlidir ki, bunlara son verilsin! DYP əməkdaşlarının maaşı cərimələrin 25 faizindən formalaşdığından sürücülərə, deməli, həm də yüz minlərlə ailənin ailə büdcəsinə yersiz və əsassız formada qənim kəsiliblər. Qoy o cərimələr büdcəyə yığılsın, sonra DYP-nin maaşına hansısa əlavə olunsun. Yoxsa, belə çıxır ki, dövlət büdcəsində oturan DYP əməkdaşları həm də özünü maliyyələşdirmədədir. Bu absurddur! Bu cərimələr əsasən sadə, kimsəsiz, arxasız… sürücülərin cibindən çıxır (imkanlılar, vəzifəlilər cərimə ödəyir ki!). Ötən il Kayseridə Xocalı abidəsinin açılış mərasimində olarkən, Bələdiyyə sədri bizimlə küçədə gəzirdi. Gördü ki, bir Yol polisi əməkdaşı sürücüyə cərimə yazır. Ona yaxınlaşdı. Dedi neyləyirsən, cərimə yazırsan? Dedi, bəli! Bələdiyyə sədri onun əlindən tutdu: "Mənim vətəndaşımın cibindən çıxan o cərimə mənim büdcəmə girirsə, mən belə haramı istəmirəm!”. Və protokolu yazmağa qoymadı…Təklif edirəm: Bakının DYP inspektorlarını, Bakı Nəqliyyat Agentliyinin kamera arxasında oturub sürücülərə cərimə yazmaqla məşğul olan işçilərini… məsələn, Kiyev şəhərinə ezam edib onlara bu çoxmilyonlu şəhərdə yol polisi əməkdaşlarının fəaliyyətini, eləcə də şəhərdə parkovka işinin necə qurulduğunu, paytaxtda neçə Yol polisi inspektoru olduğunu, onların hansı nəqliyyat vasitələrindən istifadə etdiklərini, eləcə də Kiyev şəhərində neçə yerdə kamera və radarlar quraşdırıldığını başa salsınlar. Sonda görəcəklər ki, Bakıda sürücülər və onların sərnişinləri hansı məqsədli pusqunun və yersiz nəzarətin hədəfindədir.Cənab Yol Polisi əməkdaşları! Bakıdakı çoxsaylı kameralar vətəndaşların təhlükəzisliyi üçün quraşdırılıb, daha vətəndaşlara cərimə yazmaq aparatı deyil (bu günlərədək yolu keçən piyadalara da cərimə yazan xüsusi polis dəstəsi var idi, sağ olsun nazir Vilayət Eyvazov, ləğv etdi).Şəkildə gördüyünüz DYP inspektorları həmin pusqu quranların bir hissəsidir… Sanki bizim DYP əməkdaşları Azərbaycan vətəndaşı olan sürücülərimizə qənim kəsilib, düşmən gözü ilə baxırlar. Prezident bir tərəfdən əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün müavinəti, yardımı, pensiyanı artırır, o biri tərəfdə isə yol polisi əhalini yersiz cərimələrlə borca salır. Magistral yolda sürücü bilmir yola baxsın, yoxsa yollardakı sürət həddinə, radarlara, yol nişanlarına, kameralara…İnanaq ki, bu sahədə ciddi dəyişiklik olacaq və paytaxt Bakının sakinləri cərimələrlə imtahana çəkilməyəcək.Sonda: bu qədər yol polisi əməkdaşları, kameralar, radarlar, bahalı DYP avtomobilləri… olduğu halda, bəs niyə cərimələnlərimizin, yəni deməli, qayda pozanlarımızın da sayı durmadan artır? Deməli, şərt polis inspektorlarının sayını durmadan artırmaqda, sürücülərə dünyada olmayan sərt münasibətdə, yüksək cərimələr yazmaqda, yollarda radarların sayını, sürət həddinin çaşdırıcı formada artırmaqda… deyil. Əsas şərt ölkə vətəndaşlarına cərimə yazan polis münasibəti yox, əsl vətəndaş münasibəti gərəkdir!!!
Tarix: 23-09-2019, 17:08
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}