Sahil Babayev bunları nəzərə alacaqmı? - Prezidentə müraciət olundu
Əlilliyi olan şəxslər güzəştli mənzil sahibi olmaq istəyirlər. Bunun üçün onlar Prezident İlham Əliyevə müraciət ediblər.
DİA.AZ-ın məlumatına görə, həmin müraciətdə deyilir ki, bu gün xeyli sayda mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri var.
“Son illərdə “sosial evlər” deyilən layihəyə ümid bağlasaq da, həmin layihə “güzəştli mənzil” olaraq davam etdirildi. Təəssüf ki, biz həmin güzəştli mənzil almaq hüququ olanlar sırasına daxil edilmədik”.
Müraciətdə bildirilir ki, əlilliyi olan insanlar heç bir dövlət mənzil proqramında nəzərə alınmayıb. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin (Mənzil hüququ) II bəndinə və dövlətin qarşısında öhdəlik götürdüyü “BMT-nin Əlillərin hüquqları haqqında Konvensiya”nın, Maddə 28-də nəzərdə tutulmuş müddəalarına ziddir:
“Əlillərin dövlət mənzil proqramlarından istifadə etmək imkanları təmin edilməlidir. Əksər əlilliyi olan şəxslər və əlilliyi olan uşaqları olan ailələr öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik deyil. Əlillər digər insanlarla bərabər səviyyədə öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olsunlar və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmasınlar”.
Müraciətdə o da deyilir ki, əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri cəmiyyətin ən aztəminatlı və sosial müdafiəyə ən çox ehtiyacı olan təbəqəsidir. Və onların bu gün ən çox üzləşdikləri problem mənzil şəraitlərinin normal olmamasıdır:
“Xüsusilə hərəkət məhdudiyyətli kreslo-araba istifadəçilərinin əksəriyyəti darısqal, onların ehtiyaclarına uyğunlaşdırılmayan mənzillərdə yaşayırlar. Həmin mənzillərdə kreslo-araba ilə hamam otaqları və ayaqyollarından istifadə demək olar mümkünsüzdür”.
Müraciətdə deyilir ki, kreslo-araba və hərəkət məhdudiyyətli şəxsə lazım olan digər avadanlıqlar mənzildə xeyli yer tutur. Çoxunun yaşadığı mənzil çox kiçikdir:
“Hətta binaların əksəriyyətində liftlərin girişi ensizdir. Ora kreslo-araba ilə daxil olmaq mümkün olmur. Bu liftlərin çoxu mərtəbələr arasında yerləşdiyindən mənzildən çıxıb həmin liftə daxil olmaq üçün pilləkənlərlə ya yarım mərtəbə aşağı enmək, ya da yuxarı qalxmaq lazımdır. Mənzildən müəyyən köməklə çıxa bilsək də, həmin pilləkənlərdən enmək mümkünsüz olur. Bunun üçün ən az 3-4 nəfər qüvvəli adamın köməyinə ehtiyacımız yaranır. Xahiş edirik, bu problemlərimizin həllində bizə kömək olasınız”.
Əlilliyi olan şəxslər prezidentdən bütün bunları nəzərə alaraq, müvafiq tədbirlər görülməsi üçün tapşırıq verməsini istəyirlər:
Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Dövlət Proqramı hazırlansın və təsdiq edilsin;
Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Mənzil Məcəlləsinə müvafiq maddələr əlavə edilsin”
Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələrinin müəyyən edilməsi üçün meyarlar hazırlansın”
Mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri üçün güzəştli şərtlərlə, yəni bizim üçün əlçatan qiymətə mənzillər ayrılsın; Yaxud da sosial mənzillər ayrılaraq, sonradan özəlləşdirilməsinə imkan yaradılsın;
Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin cəmiyyətdən təcrid edilməsinin qarşısını almaq və cəmiyyətə sürətli inteqrasiya etməsinə şərait yaratmaq üçün bu məqsədlə ayrılan mənzillərin sayı müxtəlif yaşayış binalarında mövcud mənzillərin 10-20% nisbətində olmaqla müəyyən edilsin. 10-20% nisbətinin özündə də müxtəlif əlilliyi olan şəxslər nəzərdə tutulmalıdır.
Tarix: 25-10-2019, 10:00
-
Bu gün, 09:25
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Bu gün, 09:25
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Bu gün, 09:24
Həmkarlar İttifaqları Konfederasiyası 19 milyon manatı hara xərcləyib? - RƏSMİ
-
Bu gün, 09:23
“Hökumət Evi”nin binasını milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
-
Bu gün, 07:37
“Şəxsi evimiz ola-ola, başqasının evində qeydiyyatdayıq” - AXI NİYƏ?
-
Bu gün, 07:36
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Bu gün, 07:36
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Bu gün, 07:36
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
{sape_links}{sape_article}