Bu da Oqtay Şirəliyevin modern səhiyyəsi... - FOTOFAKT

Bu da Oqtay Şirəliyevin modern səhiyyəsi...
Azərbaycanda sosial, iqtisadi sahələrə milyardlarla pul xərcləndiyini hökumət bəyan etsə də, müşahidə olunan bəzi reallıqlar bunun qismən tərsini deməyə əsas verir. JAMAZ.İNFO xəbər verir ki, ayrılan pulların böyük qisminin təyinat üzrə xərclənməməsi nəticə etibarı ilə acınacaqlı durumu ortaya qoyur.

Elə bu səbəbdəndir ki, əyalətlərdə təmir-tikinti işləri biabırçı şəkil alıb. Hətta XXI əsr Azərbaycanında elə faktlar mövcuddur ki, utanmadan keçmək mümkün deyil.

JAMAZ.İNFO xəbər verir ki, Masallı rayonunun Sığınacaq kəndindəki Tibb Məntəqəsi uçmaq üzrədir. Belə ki, çox-çox illər öncə torpaqla suvanmış və ağacla hörülmüş məntəqə Azərbaycanın bu günkü inkişafı ilə tərs mütənasiblik təşkil edir. Məntəqənin durumu o qədər acınacaqlıdır ki, hətta bir çoxları bunu lətifəyə belə çevirib.

Maraqlıdır, Səhiyyə Nazirliyinin bu biabırçılıqdan xəbəri varmı? İnkişaf etmiş bir ölkədə belə utancveriçi halın baş verməsi nə deməkdir?

Bu da Oqtay Şirəliyevin modern səhiyyəsi...

Tarix: 5-11-2019, 09:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}