Bilet qiymətləri çox bahadır: - Nə vaxta qədər həsəd aparacağıq?


“1 iyul 2021-ci ildən “Wizzair” şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşlarını bərpa edəcək. Şirkət yenilənmiş aeroportdan 6 istiqamət üzrə – Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen (Almaniya) şəhərlərinə reyslər yerinə yetirəcək”.

Yenisabah.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Nəzəri olaraq 1 həftəlik bilet qiymətlərinə baxdım, 4 iyuldan, 11 iyula qədər Praqa şəhərinə olan bilet qiymətlərini müqayisə etdim. Həmin tarixlərdə Kutaisidən Praqaya bilet qiyməti 165 dollardır. Eyni tarixdə Bakıdan Praqaya THY ilə bilet qiyməti 1180 manat, yəni 694 dollardır, aradakı fərq 529 dollar təşkil edir”, - deyə ekspert qeyd edib.

Natiq Cəfərli Azərbaycanda bilet qiymətlərinin çox yüksək olmasından şikayətlənib:

“Hörmətli hökumət, hakimiyyət üçün qiymətli AZAL rəhbərliyi, biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq?! Nə zamana qədər AZAL-a olan yaxın münasibətə görə camaat əziyyət çəkib, öz cibindən bu şirkəti maliyyələşdirib, hələ bir büdcədən də dotasiya almasını, bütün bunlara rəğmən ziyanla işləməsini görüb təəccüblənəcək? Bir tək bu məsələni həll etmək bu qədərmi çətindir? Qiymətlərin yüksək olması bir tək AZAL-ın inhisarçı olması ilə yox, həm də yerüstü xidmətlərin AZAL-ın inhisarında olması ilə bağlıdır.

Bu günlərdə Naxçıvan Hava Limanını MR-in Nazirlər Kabinetinə idarəetməyə verdilər, yəni AZAL-dan aldılar. Əgər Vasif Talıbov o hava limanını Türkiyə şirkətlərindən birinə işlətməyə devr etsə, onlar da bütün “Low Cost” hava şirkətlərini ora toplayıb ucuz qiymətlərlə uçuşlar təşkil etsələr, ləzzət alaram. Ölkənin ən sərt idarəetmə məkanı olan Naxçıvan bu sahədə Bakıya dərs versə, yaxşıca gülərdim”.
Tarix: 29-06-2021, 17:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}