KTMT-dən Ermənistan-Azərbaycan sərhədi ilə bağlı AÇIQLAMA


KTMT-dən Ermənistan-Azərbaycan sərhədi ilə bağlı       AÇIQLAMA
“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum zamanı istifadə olunur”
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində baş verənləri sərhəd insidenti sayır. AYNA TASS-a istinadən bildirir ki, bu barədə təşkilatın Baş katibi Stanislav Zas deyib.
 
KTMT rəsmisi bildirib ki, Ermənistanın cənubunda Azərbaycanla yeni bir sərhədin yaradılması ilə əlaqədar vəziyyətin kəskinləşməsi sərhəd insidentidir və KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına uyğun deyil: “Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum zamanı (üzv ölkələrdən birinə) istifadə olunur. Burada isə əslində bir sərhəd insidenti ilə qarşılaşırıq. Şükür ki, itki yoxdur, orada atışma yoxdur. Bu bir sərhəd insidentidir, həll olunmalıdır və bunun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.
Tarix: 3-07-2021, 23:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}