“Su-35” qırıcısı "Tayfun"a qarşı: döyüş zamanı kim qalib gələr?


Rusiyanın Ukraynaya qarşı yönələn təcavüzkar hərəkətləri üzündən Avropada gərginlik artır. Belə bir şəraitdə NATO Estoniya, Latviya və Litva səmasındakı patrul uçuşlarını xeyli aktivləşdirib. Düzdür, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Moskvanın önünü kəsmək üçün bu respublikalarda mütəmadi fəaliyyətdə olsalar da, lakin bu məsələdə Avropa aviasiya firmalarının da üstünə yük düşür.
Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya başda olmaqla, əksər Avropa ölkələri aviasiyada çoxfunksiyalı “Eurofighter Typhoon”(Tayfun) qırıcılarına üstünlük verirlər. İlk vaxtlarda bu texnikanın havada üstünlük əldə etmək üçün yalnız qırıcı kimi hazırlanması nəzərdə tutulurdu.
“Tayfun” hava döyüşündə özünü çox yüksək səviyyədə aparır. Münaqişə yarandığı təqdirdə Avropa qırıcısı Rusiyanın “Suxoy” aviaşirkətinin son nəsil təyyarəsi “Su-35C”-yə qarşı dirəniş göstərib, ona qalib gələ bilər. Əlbəttə, Rusiya və Avropa təyyarəsinin hərəsinin öz üstünlüyü var.
Rusiyanın “Su-30 MKİ” təyyarələrində uçan Hindistan HHQ-nin pilotları ilə “Tayfun” pilotları bu yaxınlarda birlikdə döyüş təlimləri keçiblər. Oradan aydınlaşıb ki, bu təyyarələr ümumi cəhətdən bir-birlərinə uyğun gəlirlər.
Böyük Britaniyanın üçüncü eskadrilyasının (qırıcı) komandiri, aviasiya podpolkovniki Kris Mun (Chris Moon) deyib: ”Flankerdən (NATO təsnifləndirməsində Su-35-in kod adı) aldığımız ilk təəssürat müsbətdir. O, möhtəşəm təyyarədir və bizim “Tayfun”la yanbayan uçublar”.
Öz növbəsində “Tayfun” da hindlilərdə yaxşı təəssurat oyadıb, onlar deyirlər ki, hər iki maşın təxminən bərabər imkanlara malikdir. Britaniyalı aviasiya mayoru Avi Arya deyib: "Hər iki təyyarə dördüncü nəsilə aiddir və ona görə də əksər xüsusiyyətlərinə görə bir-birlərinə uyğundurlar. ”Su-35” və “Tayfun” kimi dördüncü nəsil qırıcıların çoxu oxşar xarakterlidir. Bu təyyarələrdə uçan pilotlar onların bütün imkanlarını bilməlidirlər, çünki pilotlar bu təyyarələrin zəif tərəflərindən qaçmaq üçün onların ən güclü tərəflərindən maksimum istifadə etməyi bacarmalıdırlar”.
“Su-35” təyyarəsi dartı vektoru sayəsində aşağı sürətlərdə çox yaxşı idarə olunur. Səmada təkcə önünü görmə yetərli deyil və bu, hüduddan əlavə digər şeylərin aşkarlanmasında texnika çox mühüm rol oynayır, amma taktika, pilotların hazırlıq səviyyəsi və onların bir sıra fəaliyyətləri xüsusi əhəmiyyət daşıyır.

Qırıcılar qrupu bir-birləriylə, həmçinin də AVACS (Aviasiya Xəbərdarlıq və Nəzarət Sistemi) sistemli “Boeing E-3 Sentry” təyyarələri və yerdəki dispetçerlə qarşılıqlı əlaqədə olmalıdır.
Əgər heyətində dörd “F-15” qırıcısı olan hər hansı bir qrup, tərkibində dörd "F-15" olan digər bir qrupla hava döyüşünə girişərsə və hər iki qrup standart taktikadan istifadə edərsə, onda döyüş heç-heçə ilə nəticələnər. Həm də pilotların taktiki fəndləri adətən sirr kimi saxlanılır. Məsələn, ABŞ Hərbi Hava Qüvvələri dəstəsi özlərinin ən qabaqcıl taktiki fəndlərini beynəlxalq təlimlərdə nümayiş etdirmirlər. Bu, öz sirlərini ehtimal olunan düşmənə açmamaq üçün edilir.
O ki qaldı texnologiyaya, nə “Su-35”, nə də "Tayfun” hal-hazırda avtomatik elektron skanlaşdırma qəfəsli antenna ilə təchiz olunmayıblar. Lakin onların hər ikisinin öndən görmə hüdudundan kənar döyüş aparmaq imkanları pis deyil. Hər iki qırıcı yüksək sürətə malikdirlər.
Ancaq Rusiya təyyarələrinin “hədəfin aşkarlanması sistemləri”nin döyüş şəraitindəki effektliliyinin necə olması bəlli deyil. Hara atəş açdığını dəqiq bilməlisən.
“Tayfun”un kabinəsi və interfeys “pilot -maşın” sistemi “Su-35” təyyarəsindəkindən daha yaxşıdır.
Avropa qırıcısının daha bir üstünlüyü də var. Önümüzdəki illərdə Britaniya Hərbi Hava Qüvvələri silah cərgəsinə “hava-hava” sinfindən olan və böyük uçuş məsafəsinə malik idarəolunan “MBDA Meteor” raketlərini qəbul edəcək. Bu raket “Tayfun” pilotlarına yaxşı uduş şansı verə bilər, çünki ən azından ruslar bu raketə bərabər olan raket icad etməyiblər.
Maraqlıdır ki, "Soyuq müharibə"dən sonra texniki inkişaf planı baxımından Rusiya təyyarələrinə böyük yol qət etmək müəssər olub. ”Su-30” və xüsusən də “Su-35” təyyarələri müharibə olacağı təqdirdə Qərbin dördünücü nəsil qırıcılarına problem yaradacaq qabiliyyətdədirlər. Amma hər halda Rusiya təyyarələri “hədəfin aşkarlanması” və “pilot-maşın” interfeys cihazları aspektindən Qərbdən geri qalırlar. Ona görə də “Eurofighter Typhoon” təyyarələrinin Rusiya təyyarələri üzərində qələbə qazanmaq şansları böyükdür.
(The National Interest-ABŞ)
Tarix: 6-07-2021, 10:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}