Partiya sədrindən bahalaşmaya reaksiya: “İnsanları çörəklə sınağa çəkməzlər”


Partiya sədrindən bahalaşmaya reaksiya: “İnsanları çörəklə sınağa çəkməzlər”

“Qiymətlərin artması Gələcək Azərbaycan Partiyası olaraq bizi çox narahat edir.
Hazırda “Aİ-95” markalı yanacaq növü ilə “Aİ-92” markalı yanacaq növü arasında 0.70 AZN fərq yaranıb.Bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda “Aİ-92” markalı yanacaq növünün və dizel yanacaq növünün də qiymətlərində bahalaşma müşahidə edəcəyik. Bu günə qədər “Aİ-95” və “Aİ-92” yanacaq növləri arasında qiymət fərqi minimum 0.20, maksimum 0.50 AZN fərq olub. Hazırda isə fərq 0.70 AZN həddinə yüksəlib.
Təcrübəyə əsaslanaraq bu səbəbdən demək mümkündür ki, çox yaxın zamanlarda “Aİ-92” markalı benzinin dəyəri 0.90 AZN-dən 1.10 AZN-ə, dizel yanacağının dəyəri isə 0.70 AZN-dən 0.90 AZN yüksəlmək riski var. Dünən gecə “Aİ-95” və “Aİ-98” markalı yanacağın qiymətlərinin yüksəldilməsini irəliyən zamanlarda digərlərinin bahalaşmasına hazırlıq kimi qiymətləndirirəm.
Bu isə “od tutub yanan” bazarlarda qiymətləri bir qədər də bahalacağı deməkdir. Bilirsiniz qış aylarında zatən bazarlarda bahalaşma müşahidə edilir. Yanacağın qiymətlərinin bu gedişlə yüksəlməsi ilin sonunda vətəndaşların soyuducularının boş qalması ilə bitə bilər… Bütün bunlar olduqca həyacan verici bir prosesdir”.
Bunu Cebhe.info-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.
O bildirib ki, SOCAR özünə milyard dəyərində bina inşa etmək əvəzinə ölkəmizdə iri neft emalı zavodu inşa etsəydi bu gün on minlərlə insan həm o zavodda işləmiş olardı, həm də ölkəmizə “Aİ-95” və “Aİ-98” kimi bahalı yanacaq növlərini xaricdən gətirməyə ehtiyac qalmazdı:
“Bütün bunlar son 16 ildə SOCAR və Dövlət Neft Şirkəti rəhbərliyinin uğursuz, fiasko fəaliyyətinin nəticəsidir! Bir məhsulun dəyərini ildə neçə dəfə bahalaşdırmaq olar axı?! Bu hansı əndazəyə sığır? İnsanlətarımızı çörəklə imtahana çəkmək vətənə, millətə xəyanətdir. Gələcək Azərbaycan Partiyası olaraq Tarif (qiymət) Şurasının son qərarını pisləyir, bu qurumun buraxılaraq yenidən formalaşdırılmasını məqsədəuyğun bilirik. Bu qədər də olmaz… Mətbuatdan tanış oldum ki, Milli Məclisin deputatı Eldar Quliyev bildirib ki, “15 qəpiklə heç kim kasıblamaz…” Onun bu açıqlamasının yerinə xəcalət çəkdim. Bu qədər primitiv düşünəcək qədər enmək olmaz. Söhbət 15 qəpikdən getmir.
Söhbət son 6 ay ərzində 1.20 qəpikdən 1.60 qəpiyədək bahalaşdırılmasından və bunun nəticəsi olaraq xalqın cibinə girilməsindən gedir. Gün ərzində sadə bir vətəndaş 10 litr benzindən (sizin gözünüzlə baxsaq və zərəri 15 qəpik hesablasaq) 15 qəpik bahalaşma ilə istifadə etsə, bu günə 1,50 AZN aya isə 45 AZN təşkil etmiş olur. Hətta sizin arşınınızla da ölkəndə bu məsələni aydın olur ki, bir ailə 1 ay ərzində “15 qəpik” hesabına 45 manat geri düşmüş olur. Hansı ki, övladına xərcləyə, ailəsini dolandıra bilərdi bu vəsaitlə… Hələ mən ilin əvvəlində 1.20 manata olan və hazırda 1.60 manata (0.40 qəpik fərqlə) satılan müqayisəni aparmadım. Eyni müqayisəni aparsaq görərik ki, hər bir ailənin büdcəsindən 120 manat oğurluq edilməkdədir! Bu səbəbdən də Milli Məclisin deputatı Eldar Quliyevi belə xırda dəyərləndirmələrlə özünü xırdalamamağa çağırıram. Unutmasın ki, onun rəhmət qazanan vaxtıdır, lənət qazanan yox…”
Tarix: 15-09-2021, 16:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}