Bir ildə 4 dəfə qiymət artımı – Yanacaq bizi yandırır



Bir ildə 4 dəfə qiymət artımı – Yanacaq bizi yandırır

Bu ilin aprel ayında benzin qiymətində ilk bahalaşma şokunu adlamamış, iyunun 2-dən Azərbaycanda Aİ-95 "premium" markalı benzinin qiyməti 1,25 AZN-dən qalxıb 1.40 AZN oldu . Dedilər Aİ-95 "premium" markalı benzin Azərbaycanda istehsal edilmir, ölkəyə idxal edilir. Odur ki, qiymətinin artmasını Tarif Şurası tənzimləmir. ARDNŞ aprelin 9-da yaydığı açıqlamada Aİ-98 markalı avtomobil benzininin satış qiymətinin heç vaxt dövlət tərəfindən tənzimlənmədiyini vurğulamaqla iş bitdi.

Benzinin qiyməti bu il 4-cü dəfədir qalxır. SOCAR 6 ildir guya neft emalı zavodunu modernləşdirməklə məşğuldir. Başqa ölkələrdə bir qayda olaraq neft emalı zavodları ildə bir dəfə bir aylıq təmirə dayanır. Bizdə yeni zavodun tikintisinə külli miqdarda vəsait ayrılsa da işlər başa çatmır ki, çatmır. Neft- qaz ölkəsinin sakinləri xaricə emala göndərdiyi nefti geri alanda xarici qiymətlərlə alır.  SOCAR-ın xaricdə açdığı zavodlar modernləşdirilir, sonra da ordan baha qiymətə eksporta göndərilir. Bildiyimə görə 1 dollardan. Burda zavod açmaq sərf edərmi? Neft qaz ölkəsi Avro standartlarına cavab verə bilmir deyə xaricdən benzin alır.
Bu gündən “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək. Yenə də eyni açıqlama: “Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub”.
Hələ iyun ayında Dövlət Neft Şirkəti (ARDNŞ) rəsmisi İbrahim Əhmədov demişdi ki, pandemiya dövründə neftin və neft məhsullarının qiyməti düşdüyünə görə, qiymət 1.10 qəpiyə qədər düşüb, sonra dünya bazarlarında neftin qiyməti demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qalxdığı üçün bunu satan şirkətlər də qiymətləri artırıblar. Əgər gələcəkdə yenə neftin qiyməti düşərsə, benzinlərin də qiyməti düşə bilər. Azərbaycanda nə zamansa qiymətlərin aşağı salındığını kimsə xatırlayır?
İqtisadçı Natiq Cəfərlinin fikrinə görə, ökəyə premium markalı benzini yalnız SOCAR-a tabe şirkətlər gətirir deyə istədikləri qiyməti diqtə edə bilirlər. Ölkədə bu sahədə də rəqabətli mühit olmadığından belə vəziyyət yaranır.
Natiq Cəfərli Natiq Cəfərli
Azərbaycan Rusiya, Rumıniya və Yunanıstandan Avro standartlara cavab verən benzin alır. 2021-ci ilin hesabatına əsasən Azərbaycanın xaricdən neft idxalında əsas yeri Rusiya tutur.(60%). İkinci əsas ölkə rolunda isə Rumıniya dayanır.
Rumıniyadan Azərbaycana əsasən, “Aİ-95” premium markalı benzin gətirilir. Rumıniyada benzin istehsalı çox deyil və əsas alıcılar Avropa ölkələri, Ukrayna, Gürcüstandır. Bizə gətirilmə xərcləri sərfəli deyil. Bəs niyə Qazaxıstandan deyil, Rumıniyadan alırıq benzini? Ekspertlər deyirlər ki, Qazaxıstan da Avro-4 və Avro-5 standartlı yanacaq istehsal etməyə başlayıb, lakin hələ ölkə özünün benzinə olan tələbatını tam təmin edə bilmir deyə benzin satmır.
Öyrənmədilər də bizimkilərdən. Öyrənmiş olsalar, sənədləri düzər, qoşar xaricdən alırmış kimi edib, elə öz məhsulumuzu baha qiymətə satarlar da millətə. Bəlkə də öyrəniblər, kim bilir. Ticarət, pul olan yerdə adətən, baş yaxşı işləyir, bilməmiş olmazlar.
Sürücülər daima benzinin keyfiyyətindən şikayət edirlərsə, bu standart deyilən şey hara yoxa çıxır? Əminikmi Aİ-95 markalı benzinin adı və rəngi dəyişdirilərək, təbii, qiyməti də artırılaraq Rumıniya benzini adı ilə bazara çıxarılmır?
Benzinimizi Avro standartları ilə alırıq, xarici qiymət tənzimləmələrindən asılıyıqsa, yaxşı bilirik ki, yanacağın qiyməti qalxan kimi, digər məhsulların qiyməti də avtomatik qalxır. Buna hazırlıqlı olan hansısa müdafiə tədbirimiz, buferimiz yoxdur. Yoxdursa maaş və artım paralel şəkildə irəliləməlidir. Bəs ölkədə yaşayış şəraiti, sosial şərtlər maaşlar nə zaman Avropa standartlarına keçəcək? Avro standartlar III ölkələrdə əhalinin sürünməsinə xidmət edir?
Həm də xaricdə qiymətlər təkcə qalxmır, hərdənbir aşağı da düşür. Amma o qiymətlər aşağı düşəndə Azərbaycanda heç vaxt bu baş vermir.
Tarix: 16-09-2021, 09:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}