Milyonlarla insan acdır, milyarderlər isə kef üçün kosmosa səyahət edirlər... - BMT baş katibi




"Mən həyəcan təbili çalmaq üçün buradayam. Dünyanın oyanması lazımdır. Uçurumun kənarındayıq. Dünyamız heç vaxt bu qədər təhdid olunmayıb".
Avropa.info xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş BMT-nin Baş Assambleyasında çıxışı zamanı deyib.
BMT baş katibi, Elon Musk və Jeff Bezos kimi ABŞ milyarderlərinin kosmik səyahətlərini də hədəf alıb.
İnsanların bərabərsizliklər qarşısında BMT də daxil olmaqla hökumətlərə və qurumlara etibarını itirdiklərinə diqqət çəkən Quterreş, dünyada milyonlarla insanın ac olduğunu deyib.
"Milyarderlər kosmosa zövq almaq üçün gedir, milyonlarla insan isə acdir. Belə bir vəziyyətdə insanlar BMT də daxil olmaqla dövlətlərə və qurumlara etibarlarını itiriblər", -deyə BMT baş katibi bildirib.
Tarix: 22-09-2021, 09:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}