Texniki pasport Azərbaycan dilində olmalıdır: Cərimə tətbiq olunacaq - VİDEO



Mürəkkəb texniki malların -yəni məişət əşyaları, elektrik cihazları, musiqi alətləri, saat, foto və bu kimi digər məhsulların mütləq texniki pasportu olmalıdır. Və bu pasportların Azərbaycan dilində tərtib olunması vacibdir. Əks təqdirdə sahibkarlar cərimə ediləcəklər.
 
Bəziləri türk, bəziləri ingilis, əksəriyyəti isə rus dilindədir. Mürəkkəb texniki malların qutusundan çıxan pasportlarda Azərbaycan dilində 1 söz belə yoxdur.
 
Evinə televizor, soyuducu və bu kimi digər məişət əşyaları, o cümlədən, elektrik cihazları, musiqi alətləri, saat, foto və kino aparatları alan vətəndaşlar satıcıdan haqlı olaraq  texniki pasprort da tələb edirlər. Amma dil biliyin yoxdursa, bu pasport da faydasızdır.
 
Satıcılar deyir ki, texniki pasport hər malın öz qutusunda olur. Onlar da məhsulu satan zaman alıcıya təqdim edirlər. Pasport hansı dildə hazırlanıb, alıcı anlayır ya yox, məhsuldan düzgün istifadə edə biləcəkmi, bu artıq onları maraqlandırmır. 
 
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi Jalə Qəmbərova Xəzər Xəbərə bildirdi ki, qanunvericiliyə əsasən müştəriyə aldığı malın Azərbaycan dilində tərtib olunmuş texniki pasportu təqdim olunmalıdır. Çünki orada məhsulun quruluşu, işlənmə mexanizmi və təmiri ilə bağlı əsas məlumatlar yer alır.
 
Jalə Qəmbərovanın sözlərinə görə, mürəkkəb texniki  malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə fiziki şəxsləri 350 manatdan 500 manatadək, vəzifəli şəxsləri isə 1650 manatdan 2 200 manatadək cərimə gözləyir.
 

Tarix: 13-01-2022, 16:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}