"BELƏ BİR TƏYİNAT TƏHSİLƏ QƏSDDİR" - Deputat intihar edən məktəb direktorundan danışdı




Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsinin səbəbləri haqda sensasion iddiaslar yayılıb. "Demokratik.az" saytının yaydığı məlumata görə, hazırda reanimasiyada olan direktorun intihar cəhdinə səbəb Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev olub.
"İdarə müdiri direktordan öz vəzifəsindən istefa verməyi tələb edib və onun yerinə həmin məktəbin təşkilatçı müavin Nüşabə Məmmədovanı təyin etdirmək istəyib. Qarayeva da intihara cəhdlə RTŞ müdrinin qərarına qarşı çıxaraq direktorluq postunu qorumağa çalışıb", - deyə yazıda qeyd olunub.
Saytın yazdığı digər məlumata görə, direktorluğa yeni namizəd Məmmədova hazırda Gəncə şəhər İicra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsi müdirinin müavini Azər İbrahimovun qaynanasıdır. Azər İbrahimovla da Anar Qədimalıyevlə qohumluq münasibətləri var.
Hadisə ilə bağlı “Yeni Sabah”a açıqlamasında millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev deyib ki, o baş vermiş hadisə və sözügedən iddia ilə tanışdır: “Bir məsələni qeyd edim ki, Gəncə Regional Təhsil İdarəsinin müdiri əvvəlcə, Gəncə şəhər Təhsil İdarəsinə müdir təyin olunanda xeyli sayda əməkdar müəllimləri, qabaqcıl məktəb direktorlarını sıxışdırıb vəzifədən azad etdi və müəyyən maddi maraqlar əsasında təyinatlar həyata keçirdi.
Bəlkə də bu şəxsdən yüzlərlə şikayətlər daxil olur. Prezident Administrasiyasına, başqa təşkilatlara və s. Lakin heç kim tədbir görmür. Bu, Anar Qədimalıyev ixtisasca aqronomdur, Aqrar Universiteti bitirib. Sonra "Soros" Fondunun xətti ilə ABŞ-da 2 illik kurs keçib. O qədər şikayətlərin qarşısında bu şəxsi böyüdub regional idarənin rəisi elədilər. O, bütün məktəb direktorlarına qan uddurur".
Millət vəkili bildirir ki, Gəncədən həyəcanlı siqnallar daxil olur.
"Hətta bir məktəb direktorunun üstünə hücum da çəkib və onu hədələyib ki, buraya mən başqa təyinat verəcəyəm, əgər getməsən, Əmək Məcəlləsindəki 70-C bəndi ilə səni işdən azad edəcəyəm. Bu adam açıq şəkildə deyir ki, nazir mənim dostumdur və heç kim mənə heç nə edə bilməz. İndiki şəraitdə böyük bir rayonları özündə birləşdirən idarəyə ixtisasca aqronom olan bir şəxsin təyinatı düşünürəm ki, həmin regionda təhsilə edilən qəsddir", - E.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Anar Qədimalıyevin o əməkdar müəllimləri, qabaqcıl təhsil işçilərini necə incitdiyi, hətta onlara qarşı qaba rəftarı barədə dəfələrlə yazıb: "Sonuncu intihar hadisəsindən sonra düşünürəm ki, normal bir şəraitdə fəaliyyət göstərən məktəb direktorunun bu cür kritik druma gətirən səbəb nədir? Mətbuatda gedənlərə və mənə verilən məlumatlara inanaraq deyirəm ki, burada səbəbkar məktəbə yaraşmayan, ixtisası, ümumiyyətlə, buna yaxın gəlməyən bir şəxsin regional idarəyə rəis təyin olunmasıdır”.
Tarix: 23-06-2022, 22:19




Xəbər lenti

{sape_links}{sape_article}