"Gecələr həyətə düşmək təhlükəlidir" - Şəhidin adını daşıyan qəsəbənin problemləri saymaqla bitmir (Videoreportaj)


 
Keçmiş Naximov, bu günkü general-mayor Polad Həşimovun adını daşıyan küçədə uzun illərdi davamlı olaraq abadlıq işləri görülür. Qəsəbənin mərkəzi yolları tam şəkildə asfaltlanıb, işıq dirəkləri yerləşdirilib, sakinlərin və uşaqların əylənməsi üçün parklar salınıb. Lakin həmin küçədə yerləşən binalara məxsus həyət sahəsi haqqında bunları demək olmur.
Sakinlər həyatlərindəki mövcud durumdan narahatdırlar. (Bina 35, 37, 41, 43, 45). Belə ki,qeyd etdiyimiz binaların həyətlərində yollara asfalt çəkilsə də, kənarlarlarında sakinlərin dincəlməsi və uşaqların əyləncəsi üçün heç bir şərait yoxdur. Həyətin əksər hissəsi hasarlanaraq qanunsuz şəxsi bağlara, digər qalan hissəsi isə maşınların parkinq yerinə çevirilib. Belə vəziyyətdə uşaqlar yalnız həyətin yol hissəsində oynamağa məcbur qalırlar.
Gecələr isə işıqlandırma sistemi olmadığından həyət zülmət qaranlığa qərq olur.
Baxımsız vəziyyətdə olan bu ərazilər tüfeyli həyat tərzi keçirənlərin məskəninə çevrilib.
Bundan əlavə yay mövsümündə binaların zirzəmisinə yığılıb qalan suların üfunət iyindən həyətdə dayanmaq mümkün deyil. Bina sakinləri mövcud durumla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həll olunmamış qalır.
Nəzərə alaq ki, şəhid general-mayor Polad Həşimovun adını daşıyan parkda lövhədə əksi həkk olunan 8 qəhrəman şəhidlərimizdən ikisi - Fuad Valeryeviç Məmmədov və Elvin Azad oğlu Şükürlü məhz adı çəkdiyimiz ünvanlarda yaşayıblar. Hal-hazırda isə həmin ünvanlarda şəhidlərin ailə üzvləri yaşayır.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov TV Musavat-a açıqlama verib. O, ümumi qəsəbə üzrə yenidənqurma işlərinin mərhələli şəkildə davam etməsini qeyd edərək, həmin binaların da bərpasının planda olduğunu bildirib.

Daha ətraflı videoreportajımızda:

Musavat.com
Tarix: 2-08-2022, 08:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}