Buralarda təhsil yox, BİABIRÇILIQ VAR - GİLEY

Buralarda təhsil yox, BİABIRÇILIQ VAR
Naxçıvanda uşaq bağçasında işləyən müəllimlərin aylıq maaşından 40-80 manat pul tutulur. DİA,AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a bur qrup müəllim məlumat verib. Onlar deyir ki, buna səbəb kimi onların ixtisasca bağça müəllimi olmamaları göstərilir. Naxçıvanda bağçaların birində müəllim işləyən Z. Babayeva deyir ki, qoyulan şərt, maaşların kəsilməsi üçün bəhanədir:
“İxtisasca filoloqam, səkkiz ilə yaxındır bağça müəlliməsi işləyirəm. Hamı kimi mənim də maaşımdan kəsdilər. Deyirlər ki, ixtisasca Baxça müəllimi olmalısan. Bəs, indiyə kimi niyə demirdilər? Bilmirlər ki, hansı bəhanəyə pul yığsınlar. Eşitdiyimizı görə, Bakıdan gələn yoxlamaya verdikləri pulu bizdən çıxarırlar. Bu ay 50 manat az aldım. Mənim bu işdə kifayət qədər təcrübəm var. Özüm də pedaqoji təhsil almışam. Deyirlər ki, xoşun gəlmir işləmə. İşləməyim bəs nə edim?”
Digər şikayətçi Qəmər Seyidov deyib ki, oktyabr ayında onun maaşından 60 manat tutulub:
“Pedaqoji universitet bitirmişəm. 15 ildir bağçada işləyirəm. Artıq 55 yaşım var. Deyirlər ki, ixtisasın bağça müəllimliyi deyil. Bəs pedaqoq harda işləməlidir? Etiraz edəndə də deyirlər ərizəni yaz get. Haraya gedim? Bu yaşdan sonra nə işlə məşğul olum. O zaman ixtisasım üzrə iş versinlər”

Siam.az qeyd edir ki, Naxçıvan təhsilindəki eybəcərliklər təkcə bu faktla yekunlaşmır. Elə dünən sosial şəbəkələrdə bununla bağlı daha bir giley paylaşılıb.

Beləliklə Naxçıvandan yazırlar: "Qahab kənd məktəbində qadın 10 müəllimələrdən 10 manat iməcilik pulu yığılır... Bu xəbərlər mətbuatda paylaşıldığı üçün dünən Naxçıvan MR təhsil nazirliyi bir avtobus yoxlama tökmüşdü məktəbə..."

Siam.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Tarix: 22-11-2022, 18:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}