Şəhərin mərkəzində milyonlara başa gələn yeraltı keçdi su basdı - hara baxır yaşıllaşdırma idarəsi? - VİDEO



Baki şəhər icra hakimiyyəti “Yaşıllaşdırma Təsərüfat Birliyi”nə aid olan yaşıllıqları suvarmaq üçün nəzərdə tutulan su quyuları çox keyfiyyətsiz halda olduğuna görə, Akademik Milli Dram Teatrının qarşısında yerləşən, yeraltı piyada keçidini və orada ki, ticarət mərkəzlərini tez-tez su basır.

İllərdir bu cür xoşagəlməz halların baş verməsinə baxmayaraq, Yaşıllaşdırma Təsərüfat birliyinin sərişdəsiz rəisi Hərət Əmrahov işə biganə yanaşaraq, orada fəaliyyət göstərən ticarət obyektlərinin sahiblərini və yeraltı keçiddən istifadə edən vətəndaşları çıxılmaz vəziyyətə salıb.

"Azərbaycan Reallığı"
na müraciət edən Akademik Milli Dram Teatrının qarşısında yerləşən, yeraltı piyada keçidində fəaliyyət göstərən mağaza sahibləri dəfələrlə aidiyyatı qrumlara müraciət etsələrdə sözügedən problem öz həlli yolunu tapmayıb.

Bakı Şəhər İcra Hakimiyyəti son illərdə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərlərini bir neçə dəfə dəyişdirsə də, üslub dəyişməyib. Baş direktor vəzifəsinə kim gəlibsə, əvvəlki sələfinin atasına rəhmət oxutdurub. Artıq üç ilə yaxındır bu vəzifəyə təyin olunan cənab Həsrət Əmrahov da özünə yeni komanda yaradıb, əsl mütəxəssisləri, işin biliciləri kənarlaşdıraraq sahədən başı çıxmayan qeyri-ixtisas sahiblərini cəlb edib.

Birlikdə ikili mühasibatlıq, normadankənar işləyənlərin əmək haqqına əlavələrin verilməməsi kimi hallar qalmaqdadır. Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər var.

Yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılır. Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilmir.

Aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda şəxslər işə qəbul edilir və onlara əmək haqqı ödənilir. Birlik tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmır, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirilsə də, ünvan və say barədə məlumatlar əks olunmur.

Birlik tərəfindən Nizamnaməsinə uyğun təsərrüfat fəaliyyəti göstərməsi üçün əlavə gəlir mənbələri axtarılmır, fəaliyyətini yalnız dövlət büdcəsindən Bakı şəhərinin yaşıllıqlarına qulluq məqsədi ilə ayrılmış vəsait hesabına formalaşdırır.  

Nəzərinizə çatdıraq ki, son günlər sosial şəbəkələrdə yayılan məlumata görə, Həsrət Əmrahov YTB – nin su quyularının rəisi Yaşar Salahovla əlbir olub dövlət büdcəsindən ayrılan pulları şişirdilmiş şəkildə mənimsəyirlər.

VİDEO


Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.
Tarix: 4-12-2022, 15:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}