Nazir: “Bizdə ömür uzunluğu dinamikası müsbətdir, normal pensiya almaq üçün 35 il stajın olmalıdır”


“Pensiya yaşı elə asan məsələ deyil. Yaş əvvəlki dövrlərdə sağlamlıq parametrləri nəzərə alınaraq müəyyən olunurdu”.
 
Siam.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
 
Nazir deyib ki, pensiyanın quruluşu maliyyə imkanları ilə bağlı olmalıdır: “Pensiyanın qazanılması isə o deməkdir ki, hər bir vətəndaş işləsin, qazansın pensiyaya köçürmə etsin. Hazırda pensiya alan şəxslər pensiya fonduna ödənişlər edirlər. Onlar bunun hesabına pensiya alırlar. Pensiya yaşının süni şəkildə artırılması və azaldılması problemlər yarada bilər. Yadınızdadırsa, yaşa keçməklə bağlı o vaxt kifayət qədər müzakirə oldu. Bizdə ömür uzunluğu dinamikası müsbətdir. Digər tərəfdən isə görürük ki, pensiya fondunun maliyyə durumu sabitləşib. Pensiya fondu tərəfindən aktual hesablamaların aparılması üçün mütəxəssislər cəlb olunub. Burada oturanlar, hamımız maraqlıyıq ki, pensiya alaq. Nəticə etibarı ilə model çox sadədir. Biz pensiya fonduna 25% vəsait ödəyirik. Əvvəllər 12 il işləyən adama pensiya verilirdi. 12 il işləyirdi, deyirdilər ki, pensiya ala bilərsiniz. Bu gün normal pensiya almaq üçün 35 il stajın olmalıdır. Təkcə staj deyil, fonda da pul köçürülməlidir. Pensiya ilə bağlı məsələdə biz məsuliyyətli olmalıyıq. Sonra bu pulu vermədikdə başqa problemlər ortaya çıxacaq. Burada çox diqqətli olmaq lazımdır”, nazir deyib.
 
APA
Tarix: 5-12-2022, 13:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}