Bəzi avtomobillərin sığortası ilə bağlı mühüm xəbər - VİDEO


Bəzi avtomobillərin icbari qaydada sığortalanmasına qoyulan qeyri-rəsmi qadağa sürücüləri çıxılmaz vəziyyətdə qoyub.
 
Pravda.az-ın məlumatına görə, Tovuzda avtomobillərini icbari qaydada sığorta etdirə bilməyən sürücülər mövcud vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər.
 
Hər şirkətdən bir imtina səbəbi eşidən nəqliyyat vasitələrinin sahibləri çıxılmaz vəziyyətdə qalıblar. Sürücülərin iddialarına görə, daha çox istehsal ili köhnə olan və texniki vəziyyəti yaxşı olmayan VAZ markalı avtomobillərin sığortasına şirkətlər qadağalar tətbiq edirlər. Sığorta şirkətlərinin imtina üçün gətirdikləri səbəblərdən biri də taksi fəaliyyəti ilə bağlıdır.
 
Bəzi sürücülər isə avtomobillərini yalnız əlavə ödəniş müqabilində sığorta etdirə bildiklərini deyirlər.
 
Sığorta şirkətlərinin daha bir tələbi isə odur ki, sığorta olunan avtomobillər mütləq həmin şirkətin ofisinin fəaliyyət göstərdiyi rayon və ya şəhərdə qeydiyyatda olmalı və orada idarə edilməlidir.
 
Qeyd edək ki, bu tipli problemlərin kökündən həlli məqsədilə Mərkəzi Bank avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətləri qarşısında yeni tələb qoyub. Dəyişikliyə əsasən, sığorta şirkətləri öz rəsmi internet səhifələrində icbari avtosığorta müqaviləsinin bağlanması üçün imkan yaratmalıdırlar. İndiyə qədər sığorta şirkətlərinin rəsmi səhifələri üzərindən icbari qaydada avtosığorta elətdirmək məsələsində müəyyən problemlər var idi.
 

Tarix: 15-01-2023, 10:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}