“DEDİLƏR Kİ, GƏTİR 1500 MANAT VER, PENSİYA AYRILSIN” - Naxçıvan sakininə əlilik pulu verilmir

“DEDİLƏR Kİ, GƏTİR 1500 MANAT VER, PENSİYA AYRILSIN” - Naxçıvan sakininə əlilik pulu verilmir


Naxçıvan şəhəri, Kəngərli rayon, Şaxtaxtı kənd sakini Əsədov Səməd Hacı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona əlilik pensiyası ayrılması üçün ondan 1500 manat pul tələb edilir:
“Mən, Əsədov Səməd Hacı oğlu, yazaraq sizə bildirirəm ki, 2016-cı ildə  İran İslam Respublikasında qəzaya düşmüşəm, bir qoluma platin alət qoyulub və iş qabiliyyətimi itirmişəm. Bu səbəbdən 5 il müddətində pensiya ilə təmin olunmuşam. Daha sonra pensiyamı kəsdilər və müraciət etdiyim zamanda mənə bildirdilər ki, get 10 gün xəstəxanada yat.
10 gün xəstəxanada yatdım, epikrizi alıb yenidən müracit etdim. Əlillərin Bərpas Mərkəzinə də müraciət etmişəm. Orda mənə bildirdilər ki, get-gələ düşmə, gətir 1500 manat ver, həll olunsun.
Amma o pulu verməyə mənim imkanım çatmır. Köməklik göstərin, bu məsələni işıqlandırın, mənim penisyamı pulsuz düzəltsinlər”.
Tarix: 21-01-2023, 12:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}