Bakının mərkəzində 8 il əvvəl qadağa qoyulan bina sökülmədi, yenidən tikinti başladı - Burası AZƏRBAYCANDIR!

Bakının mərkəzində 8 il əvvəl qadağa qoyulan bina sökülmədi, yenidən tikinti başladı
Xətai rayonu, Şirvani küçəsi 1 ünvanındakı binanın sakinləri yaşadıqları binanın həyətinin qeyri-qanuni şəkildə zəbt edilərək tikinti işlərinin həyata keçirildiyini bildiriblər.

Siam.az bildirir ki, “Qafqazinfo”ya müraciət edən sakinlər bu ərazidə 5 ildən artıqdır obyekt tikintisinin həyata keçirilməsi ilə bağlı cəhdlər edildiyini, lakin qanunsuz tikintinin sonradan dayandırıldığını deyiblər:

“Onsuz da darısqal olan həyətda 824 kvm-də 2 mərtəbəli obyekt tikilir. 2018-ci ildən etibarən dəfələrlə dövlət orqanlarına şikayət etmişik. 2018-2020-ci illərdə tikinti dayandırılıb. Lakin qanunsuz yarımçıq tikili sökülməyib və 1 mart 2023-dən tikinti işləri yenidən başlayıb”.

Müraciətdə qeyd edilib ki, bu cür obyektlərin tikilməsinə icazəni Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən Arxitektura Komitəsi verir: “Lakin tikintiyə dair belə bir icazə yoxdur. Obyektlə bağlı Xətai Rayon İcra hakimiyyətinin 69 saylı sərəncamı olub ki, o da tikintiyə icazə sənədi sayılmır. Həmin sərəncam da Bakı İnzibati Məhkəməsinin 11 mart 2022 tarixli qərarı ilə etibarsız hesab olunub”.

Sakinlər qanunsuz tikintinin sökülməməsinə görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini ittiham ediblər: “Arxitektura Komitəsi 17 dekabr 2020 tarixli, 04/02-2672 saylı məktubla Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə tikintinin icazəsiz olduğuna və dayandırıldığına dair məlumat verib. Sakinlər də 08 oktyabr 2021 tarixli məktubla FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edərək tikintinin sökülməsini xahiş ediblər. Prezidentin 22 may 2015 tarixli, 534 saylı fərmanı ilə tikintisi dayandılmış icazəsiz tikililərin sökülməsi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin birbaşa öhdəliyidir. Təəssüf ki, icazəsiz tikinti hələ də sökülməyib, əksini tikinti işləri təkrar başlayıb”.
FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ərazidə həyata keçirilən tikinti yenidən dayandırılıb: “Ərazidə dövlət nəzarəti həyata keçirilərkən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi, 1A ünvanda müvafiq dövlət qurumu ilə bağlanmış icarə müqaviləsi əsasında vətəndaşın istifadəsində olan torpaq sahəsində aşkar edilən obyekt tikintisi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə sənədi təqdim edilmədiyindən, obyektdə tikinti işlərinin dayandırılması barədə Agentlik tərəfindən 17.05.2018-ci il tarixli Qərar verilib və tikinti işləri dayandırılıb.

2023-cü ilin mart ayının ilk günlərində həmin ünvanda qanunsuz tikinti işlərinin bərpa olunduğu müəyyən edilib və tikinti işləri yenidən dayandırılıb”.

Bakının mərkəzində 8 il əvvəl qadağa qoyulan bina sökülmədi, yenidən tikinti başladı
Bakının mərkəzində 8 il əvvəl qadağa qoyulan bina sökülmədi, yenidən tikinti başladı
Bakının mərkəzində 8 il əvvəl qadağa qoyulan bina sökülmədi, yenidən tikinti başladı


Tarix: 15-03-2023, 13:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}