Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!

Yaz səfərinə “Nar”dan sərfəli rouminqlə başla!
“Nar” xaricdə yaz tətilini daha yaddaqalan etmək istəyən müştəriləri üçün sərfəli rouminq paketləri
təqdim edir. Müxtəlif ehtiyaclara uyğun sərfəli qiymətə təqdim olunan 4 rouminq paketindən
yararlanmaq üçün rouminq paketlərindən birini sifariş etmək kifayətdir. İstədiyiniz ölkəyə uyğun
istənilən rouminq paketini “Nar+” tətbiqində Xidmətlər>Paketlər>Rominq bölməsindən çox rahat
şəkildə sifariş edə bilərsiniz. Bu barədə Siam.az-a şirkətdən məlumat verilib.

Təqdim olunan “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet
və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və
100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Roaming 18” və “Roaming
28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən
çıxılmayacaq.

Bütün abunəçiləri üçün istənilən yerdə fasiləsiz ünsiyyəti təmin edən “Nar”ın “Roaming 9”, “Roaming
15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15
gündür. Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını yoxlamaq üçün *777#20#YES kodunu
yığmaq lazımdır. Rouminq xidməti haqqında bütün məlumatları nar.az/abroad bölməsindən əldə edə
bilərsiniz.
Tarix: 16-03-2023, 15:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}