`Azneft` rəhbərliyi İŞÇİNİ DÜŞÜNƏCƏKMİ? - ETİRAZ


" "Azneft" İB-nin illərlə həlli tapılmayan problemi hələ də davam edir. Həlli düyünə düşən problem. Bilərəkdən, yoxsa məsuliyyətsizlikdən? Məsuliyyətsizliyin əzabını çəkən isə neftçilərdir..." DİA.AZ bildirir ki, bu barədə tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı paylaşım edib.

M.Qəhrəmanlı daha sonra şikayətçi düşən neftçilərə istinadən yazır:

"28 May NQÇİ işçiləri yenə 2 gündür Pirallahında qalıblar. Yenə də işə getmək məsələsi problemə çevrilib. İzah,havanın dumanlı olmasıdır. Dünəndən (18.03.2023) 200-ə nəfərə yaxın işçi Pirallahında helikopter gözləyir. DDÖ (dərin dəniz özülləri) gedənlər helikopterə minməli olur. Amma istəsələr, gəmi ilə də yola sala bilərlər.

Rayondan gələn işçilərin qalmağa yerləri yoxdur...."

***

Qeyd edək ki, M.Qəhrəmanlı daha sonra neftçilərə olan münasibət(sizliy)ə görə növbəti paylaşımını edərək etirazını bu formada ifadə edib:

"Yalançının......?!
İşçiləri Çilov adasındakı yeməkxanada qidalanmağa məcbur edirlər-deyir işçilər özləri xahiş edib
Neftçiləri Pirallahı vertalyot meydançasında günlərlə gözlədirlər , sonra izah edirlər ki,sorğu keçirtmişik işçilər özüllərə gəmi ilə getmək istəmirlər..."

***

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Tarix: 20-03-2023, 16:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}