Tikinti şirkətlərinin fırıldağı: - Bu hekayədə yanan sakinlər oldu...

Mənzil-Tikinti Kooperativləri (MTK) yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən pul tələb edirlər. Hansı ki bu xidmət köhnə tikililərdə vətəndaşlara pulsuz həyata keçirilir. Eyni zamanda qanunvericilik də bu halda vətəndaşdan pul tələb edilməsini düzgün saymır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib.
Məlumata görə, qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxılıb. Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.
Təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021-2022-ci illərdə Dövlət Xidməti müvafiq göstərişlər verib.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərib.

SİAM.AZ bildirir ki, daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də “Sherg.az”a açıqlamasında vətəndaşların məlumatsızlığından istifadə edən MTK-ların yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən qeyri-qanuni şəkildə pul tələb etdiyini deyib.
Onun sözlərinə görə, çıxarış olmayan yeni binalarda tikinti şirkətləri sakinləri asanlıqla aldada bilir: “Çünki vətəndaşlar mənzil alarkən MTK-larla bağlanan müqavilədə sayğacların pulunun vətəndaş tərəfindən ödəniləcəyi göstərilmir. Şərtlərdə bildirilir ki, mənzil işıq, su və qazla təmin olunacaq. Buna baxmayaraq, MTK-lar hüquqi şəxs olmalarından istifadə edərək, sayğacları müvafiq qurumlardan alır və vətəndaşa daha baha qiymətə satır. Hətta 3 sayğaca 800-1000 manat verən insanlar var”.
Vətəndaşların bu sahədə ciddi maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan ekspert deyib ki, hər kəs ev almadan öncə müqaviləni diqqətlə oxumalı, başa düşmədiyi maddə varsa, bunu aydınlaşdırmalıdır. Bu kimi problemlər yaşanmasın deyə, ev-alqı satqısında vəkil də iştirak etməlidir.
Tarix: 9-06-2023, 22:41
-
Dünən, 23:29
Zaxarovadan Qarabağ açıqlaması: "Hər kəsə dərs olsun!"
-
Dünən, 23:27
Prezidentin köməkçisi: Meyitlərin toplanması üçün sülhməramlılar ilə iş aparılır
-
Dünən, 23:25
Sakinlər hər an ölə və susuz qala bilərlər: Yevlaxda kəndi fəlakətlə üz-üzə qoyan ağaclar - VİDEO
-
Dünən, 23:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
-
Dünən, 22:59
18 filialı olan “ Həyat üçün Şans” Reabilitasiya Mərkəzi 5 ildir lisenziyası olmadan necə fəaliyyət göstərir..?
-
Dünən, 22:55
Rusiya donanmasının qərargahı vuruldu – Sevastopol limanı yenə yanır ( FOTO)
-
Dünən, 22:53
“SSRİ-nin bərpası” illüziyası: “Onlarla çox çətin olacaq” - Sağalmaz xəstəlik
-
Dünən, 22:51
BELƏ XİDMƏT OLMUR... - GİLEY
-
Dünən, 22:48
Təhsil biznesə kimlər çevirib - Və ....
-
Dünən, 22:46
Paşinyan istefa vermək niyyətində olmadığını AÇIQLAYIB
-
Dünən, 22:45
Putinin milyarder “desant”ı Qarabağdan çıxmayacağını dedi -"Sonadək döyüşəcəm…"
-
Dünən, 22:41
FHN Qarabağın erməniəsilli əhalisi üçün çadırlar qurdu - FOTO
-
Dünən, 22:32
Şəhid anasını təhqir edən Şahin Məmmədov dediklərini TƏKZİB ETDİ – “Səhv bilmişəm...”
-
Dünən, 22:09
Kəmaləddin Heydərova güvənən başçı belə bir dönəmdə Şəhid Ailəsini ƏZİR... - AYIBDIR, VALLAH...
-
Dünən, 22:01
Zakir Fərəcovun borc qalmaqalı: Gündüz Əliyevin imzası şübhə yaradır
-
Dünən, 21:59
Azərbaycanda "App Store"nin çökməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
-
Dünən, 21:24
“Nar”ın bölgələr üçün bu tarifi ikiqat sərfəli oldu
-
Dünən, 15:10
“Uşaq pulu” yoxdursa, uşaq da yoxdur... - Deputatdan ETİRAZ
-
Dünən, 15:02
Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur - ETİRAZ
-
Dünən, 14:54
BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ - Təhlil
-
Dünən, 14:52
SON DƏQİQƏ: Şuşada traktor minaya DÜŞDÜ - YARALIMIZ VAR
-
Dünən, 14:50
Cəlilabadda məktəbdə MƏNİMSƏMƏ - Cinayət işi AÇILDI
-
Dünən, 14:48
ABDİN FƏRZƏLİYEVİN QANUNSUZ TORPAQ SATIŞI İCRANI MƏHKƏMƏLİK ETDİ
-
Dünən, 14:08
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi qanunazidd qərarlar QƏBUL EDİR? – İki nazirlik ÜZ-ÜZƏ
-
Dünən, 09:54
Tahir Kərimlidən Ramiz Zeynalova ŞİRİN SÖZLƏR... - Kövrək deputatın yumşalması...
-
Dünən, 09:46
Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistanı danışıqlara qayıtmağa çağırdı
-
Dünən, 09:39
Krımlı gənclər kütləvi şəkildə Ukrayna pasportu alır: vətənpərvərlik, yoxsa qələbə etirafı?
-
Dünən, 09:38
Köhnələrin "iynə-sap öyüdü", indikilərin çırıq şalvar dəbi və ya insanların natamamlıq SİNDROMU
-
Dünən, 09:37
Dmitri Polyanski: “Qarabağın erməni əhalisinin inteqrasiyası üçün yol xəritəsi hazırlanmalıdır”
-
Dünən, 09:32
Bərdə sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT
{sape_links}{sape_article}