“Uşaq pulu” yoxdursa, uşaq da yoxdur... - Deputatdan ETİRAZ

Ölkəmizdə yeni doğulan uşaqların sayı hər il azalır.
Təkcə yanvarda respublikada 9935 körpə doğulub ki, bu da bir il əvvəlkindən 2,6% azdır. Bu dövrdə hər 1000 nəfərə düşən doğum səviyyəsi 11,5 olub. Doğulan uşaqların 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edib. Bundan əlavə, təkcə 14 yaşınadək uşaqların sayı 2 milyon 250 min nəfərdir.
Ötən il ilə müqayisədə uşaqların sayı 10 min nəfər azalıb. Rəsmi rəqəmlərə əsasən 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib.
Rəqəmlərdən də göründüyü kimi, hər il doğuş sayı azalır. Ailələr bunda maraqlı olmadığını uşaq pulunun verilməməsi ilə əlaqələndirirlər. Vətəndaşlar sosial vəziyyətinin aşağı olması səbəbindən çox zaman 1 uşaqla kifayətlənir ki, bu da rəqəmlərə təsir edir. Uşaq pulunun verilməsi illərdir müzakirə olunsa da, bununla bağlı vətəndaşlar üçün hələ ki ürəkaçan xəbər verilmir. Son illər xüsusilə boşanmaların sayında da bir artım görülür.
Bunu da anlaşmazlıq, xasiyyət uyuşmamazlığı ilə əlaqələndirsələr də, əslində bunun da arxasında çox zaman sırf maddiyyatsızlıq, sosial durumun çətin olması məsələsi dayanır.
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa "Cümhuriyət"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, ölkəmizdə demorqafik problem kifayət qədər ciddidir:
"Bütövlükdə uşaqların sayının azalması tam da sosial vəziyyətlə bağlı deyil. Bizdə sağlamlıqla bağlı kifayət qədər ciddi problemlər var. Bundan əlavə, köç problemi çox ciddi məsələdir. Çünki uşaqların sayı daha çox kəndlərdə olurdu. Bu gün kənddəkilərin hamısı Bakıdadır. Bakıda nə artım ola bilər?
Adamın perspektivi yox, ev tapa bilmir, ailə planlaşdırmasında düşünür ki, nə qədər az uşaq olsa, faydası olar. Boşanmanın da uşaq sayının artmasında mənfi təsiri var. Yəni bunu sırf “uşaq pulu” ilə əlaqələndirmək də doğru deyil. “Uşaq pulu” verilsə belə, bu, artıma ciddi təsir göstərməyəcək".
Deputat bildirib ki, səbəbləri həll etmək üçün öncə kəndlərdən başlamaq lazımdır:
"Buna görə də insanları “gecəqondu” mühitindən kəndə, rayonlara qaytarmaq, rayonlarda iş yeri açmaq lazımdır. Problemlər üst-üstə gəlir. Hamısı da nəticə olaraq uşaqların sayının azalmasına gətirib çıxarır. Ona görə də vəziyyəti kökündən dəyişməli, müalicəni kökündən başlamalıyıq. Biz sadəcə epizodik olaraq yaraya yod sürtməyə çalışırıq, bu da yaranın sağalması mənasına gəlmir".
Tarix: 22-09-2023, 15:10
-
Bu gün, 18:03
"Cibimizə girdiklərini dedikdə, xoşlarına gəlmir..." - ÖZBAŞINALIQ!
-
Bu gün, 18:01
Aqrar Xidmətlər Agentliyində yeni İSLAHAT DALĞASI... - İDDİA
-
Bu gün, 17:49
Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq – 2023-cü ildə 14 tender
-
Bu gün, 17:16
Övladları yüksək vəzifə tutan sabiq məmurlar... - SİYAHI
-
Bu gün, 17:14
Ermənistan kosmosa ikinci peykini buraxdı - Azərbaycana təhlükəsi varmı
-
Bu gün, 16:27
Rusiyanın hərbi obyektləri vuruldu
-
Bu gün, 16:26
Keçmiş bələdiyyə sədri və YAP-ın Gənclər Təşkilatının sədr müavininə hökm oxundu
-
Bu gün, 16:24
Bir azdan Yasamalda piyadalar QANAD AÇIB UÇMALI OLACAQ… – Başqa nə gözləyirdik ki?
-
Bu gün, 16:22
İcra Başçısı Eldar Əzizovun vəzifə verdiyi adaşı Led İşıqları təmir etdirir - 244 min manata
-
Bu gün, 15:38
Rüfət Quliyev: "Xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir"
-
Bu gün, 15:32
Rəfail Mehralıyevin yeznəsinin adı ilə milyonları belə silinir... - İLGİNC FAKTLAR
-
Bu gün, 15:25
KÖHNƏ VƏ SƏRNİŞİNLƏRİ YOLDA QOYAN AVTOBUSLAR: PROBLEM NƏ VAXT HƏLL OLUNACAQ? – VİDEO
-
Bu gün, 15:24
Ağdamda mina partlayıb, xəsarət alan var
-
Bu gün, 14:58
Gəncənin Q(q)umlu yolu-VİDEO
-
Bu gün, 14:38
İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür
-
Bu gün, 10:26
Bakıda iki nəfər özünü asaraq intihar edib
-
Bu gün, 09:53
Əziyyət çəkdi... brend yaratdı, amma indi... - KƏNDLİ HARAY ÇƏKİR
-
Bu gün, 09:21
Səbailin icra başçısı Vüqar Zeynalovun “qoçu dəstəsi” də, 5 nəfər doğma-yaxını Qarabağ uğrunda gedən savaşlarda şəhid olan imkansız qadının evini başına uçurdu — BİABIRÇI ÖZBAŞINALIQ
-
Bu gün, 09:15
Göyçay və Ağdaşdan şikayət var: “Kəndlinin bazarı ölüb”
-
Bu gün, 08:48
Mingəçevir bazarı,yoxsa Mingəçevirin üz qarası?
-
Dünən, 22:59
“Topaz”dan Azərbaycan təhsilinə və uşaqların gələcəyinə böyük təhlükə... - ÖZBAŞINALIQ!
-
Dünən, 22:59
“SEYMUR TALIBOVUN SÜRÜCÜSÜNƏ PUL VERMİŞƏM...” – Həbsxana rəisinin məhkəməsi
-
Dünən, 22:58
Əksəriyyət gözləyirdi ki, Daşqın İsgəndərovu CƏZALANDIRACAQLAR... - AMMA...
-
Dünən, 22:58
"Belə çıxır ki, Nəzakət Gülməmmədova 700 manatı bizdən alsın deyə..." - İTTİHAM VAR...
-
Dünən, 22:40
“BU PULU ÇİNƏ VERSƏYDİLƏR, YENİ BİR ÖLKƏ TİKƏRDİ" – “105 milyardı hara xərclədiniz?...” + VİDEO
-
Dünən, 22:38
Üzümçülük və Şərabçılıq İnstitutu açıq-aşkar talanır – Bu dəfə də Məcnun Məmmədovun nəzərinə
-
Dünən, 22:31
Partiya sədrindən XAOS İTTİHAMI: - “Səhiyyə sahəsində eyni funksiyanı 2-3 qurum həyata keçirəndə…”
-
Dünən, 22:30
“Azərfon” və Bərdə Regional "ASAN xidmət" Mərkəzi məhkəməlik oldu
-
Dünən, 22:27
İcra hakimiyyətinin tabeliyindəki müəssisənin tenderi ləğv edildi
-
Dünən, 22:25
Səfər Mehdiyevlə bağlı sensasiya: Külli miqdarda vəsaitlə... - ŞOK İDDİA
{sape_links}{sape_article}