Rüfət Quliyev: "Xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir"


"Bu gün xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir. Özəl müəssisələr üçün başadüşülən olsa da, bu, adi insanlar üçün böyük vəsaitdir".
 
Bunu Milli Məclisin deputatı Rüfət Quliyev dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, əksər hallarda həmin məbləğ tibbi sığorta ilə qarşılanmır.
 
"Ona görə də gərək dövlət xəstəxanlarına daha çox önəm verək. Həmin xəstəxanalar da müasir avadanlıqlarla sürətli şəkildə təchiz olunmalıdır”, - deputat vurğulayıb.
 
Report
Tarix: 5-12-2023, 15:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}