Bakıda yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı yayılan iddialara CAVAB - YENİLƏNİB + FOTO

Bakıda yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı yayılan iddialara CAVAB - YENİLƏNİB + FOTO/VİDEO
“Bakının Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yeddimərtəbəli binanın birinci mərtəbəsində aparılan təmir işləri zamanı ağaclara ziyan vurulması, bir çox ağacların yerindən çıxarılması xəbəri tamamilə yalandır”.

Bunu Oxu.Az-a sözügedən ərazidə Yasamal Rayon İcra Hakimiyyətinin apardığı təmir-bərpa işlərinin ustabaşı Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, təmir işləri bir ilə yaxın müddətdir ki, aparılır:

“Bu müddət ərzində heç bir ağaca, infrastruktura ziyan vurulmayıb”.

R.Əliyev bildirib ki, vaxtilə ərazidə baş vermiş sürüşmə buradakı yol cığırlarına ziyan vurub:

“Hazırda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həm yol cığırları sahmana salınır, həm də oradakı ağacların qurumasının qarşısının alınması üçün tədbirlər görülür. Baxımsızlıq ucbatından ərazidəki bəzi ağaclar quruyublar. Abadlaşdırma işləri birinci gündən başlayacaq və bir ay çəkəcək”.

O vurğulayıb ki, sözügedən ərazi yaşıllaşdırılacaq və daha sonra park salınacaq:

“Bu işlər COP29-a hazırlıq çərçivəsində görülür. Biz ancaq təmir işləri ilə məşğuluq”.

R.Əliyev fəhlələrin ağacları kökündən çıxarıb başqa yerdə əkdiklərinə dair sözlərin həqiqətə uyğun olmadığını söyləyib:

“Fəhlələr belə bir şey deməyiblər. Onların dilindən yalan sözlər yazılıb”.

R.Əliyev ərazinin əvvəlki vəziyyəti ilə sonradan orada salınacaq parkın şəkillərini də təqdim edib:





30.03.2024, 20:18

Bakının yasamal rayonunda yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı iddialar yayılıb.

Belə ki, Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı yeddimərtəbəli binanın birinci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib.

Tikintidə işləyən fəhlələr tribunainfo.az-a bildiriblər ki, təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır.

Avtomobillərin rahat gedib-gəlməsi, park edilməsi üçün altı çoxillik şam ağacları yerindən çıxarılıb.

Fəhlələrin dediyinə görə, guya həmin ağacları kəsməyiblər, kökündən çıxarıb başqa yerdə əkiblər.

Bundan başqa tikintini aparanlar 500 kvadratmetrlik yaşıllıq ərazisini məhv edərək həmin yerə beton töküblər, 200 kvadratmetrə yaxın qazon örtüyünü isə qazıb yerindən götürərək özləri üçün parklanma yeri düzəldiblər. Həmçinin digər çoxillik şam ağaclarının dibinə sementlə qarışdırılmış suyu axıdıblar ki, ağaclar süni şəkildə qurusunlar.

Hazırda ərazidə qanunsuz işlər davam edir.

Həmin görüntüləri təqdim edirik:




Tarix: 31-03-2024, 10:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}