Köməkçisi İlhamə Quliyevanın məzarı başında ağladı: "Hər şeyi açıqlayacam..." - VİDEO

Köməkçisi İlhamə Quliyevanın məzarı başında ağladı: "Hər şeyi açıqlayacam..." - VİDEO Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi, sənətkarın etibarından sui-istifadə etməkdə günahlandırılmış Mehriban Hüseynova müğənninin məzarının üstündə ağlayıb.

Missiya.Az xəbər verir ki, ARB-də yayımlanan "Elin gözü" proqramında qonaq olan xanım bütün həqiqətləri açıqlayacağını deyib.

Mehriban Hüseynova bildirib ki, İlhamə Quliyevanın ölümünə görə özünü bağışlaya bilmirəm. “Bu gündən sonra susmayacam. Artıq haqq-ədalət öz yerini tapmalıdır. Mən hər şeyi açıqlayacam. Bilirsiniz ki, mənim sizə həmişə sadiqliyim olub. İnanmıram ki, sizin ruhunuz məndən incisin. Çünki siz məni gözəl tanıyırdınız”.

Müğənninin köməkçisi İlhamə Quliyevanın mirasını onun dayısı olduğu Eldar İsmayılovun idarə etməli olduğunu deyib. “Bunu İlhamə Quliyeva ehtibarnamə ilə təsdiq edib”.

Amma verlişdə iştirak edən hüquqşunas İkram Adullayev Mehruban Hüseynovanın qeyri-səmimi olduğunu və ehtibarnamənin İlhamə Quliyevə dünyasını dəyişdikdən sonra qüvvədən düşdüyünü bildirib.

Daha ətraflı:
Tarix: 1-04-2017, 20:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}