Təranə Səmədova efirdə həbsdə olan sevgilisindən danışıb ağladı – VİDEO

Təranə Səmədova efirdə həbsdə olan sevgilisindən danışıb ağladı – VİDEO ARB TV-nin “Gəlin danışaq” proqramının növbəti qonağı tanınmış produsser Təranə Səmədova olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən produsser, proqramın aparıcısı Zümrüd Qasımovanın ona ünvanladığı “Həyatda ən çox kimi incitmisiniz?” sualına cavab verərkən göz yaşlarını saxlaya bilməyib.

“Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Bu günə qədər də ondan sonra mən xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. Əslində əvvəllər 3 illik münasibətim oldu bu insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı bəlkə də hələ də biryerdə ola bilərdik. Əvvəlcə sadəcə bir simpatiya, sonra bir-birimizi tanıdıq. Sonra bu münasibətin baş tutmasını istəməyən insanların “prinsipinə” görə uzandı. Rəqsanə, qızı, ailəsi buna çox təpki göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən bu insanı dünyalar qədər istəmişəm. 3-cü il isə məni bu insnaın qardaşı o qədər şeylərə peşman edirdi ki. Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim ki, siz sevinin ki, sizin arxanızda atanız var. Dedim ki, get özünə kariyera qur və qardaşından uzaqlaş. Onu hədsiz çox incitdim. O insnaın həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası.

Mən ondan halallıq verməsini istərdim mənə. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən bir il yarım sonra həbs olundu. Gedib onu ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, mən gələn kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə gəlmisən? Dedim vicdanım əl vermədi. Dedi ki, indiyə qədər vicdanın harada idi?

Mənimçün sevgi 2 fərqli cinsin bir-birindən elektrik almalıdı, sonra bir-birini anlamalıdı və sonra da dost olmalıdırlar. Bundan sonra uzunmüddətli olarsa bu, alışqanlıq yaranır və adı sevgi olur bu”.
Tarix: 29-05-2017, 17:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}