"Şou-biznesdə yüngüllük, ağılsızlıq baş alıb gedir"




Meyxanaçı Namiq Qaraçuxurlu şou-biznesi tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, son vaxtlar sosial şəbəkələri daha çox izləməyə başlayıb:

"Yüngüllük, ağılsızlıq, məntiqsizlik baş alıb gedir. Baxıb dəhşətə gəlirsən. Sosial şəbəkədə hamı akademik, professor olub. Yüngüllük şou-biznesin ana xəttidir.

Seçiciyəm, tamaşaçılar məni kimləsə bir görmək istəməyə bilər. Ona görə də proqramlara dəvət alanda seçib gedirəm. Amma hələ tək getmirəm. Utanıram "tək gəlirəm" deyim".

Şəxsi həyatla bağlı suallara isə meyxanaçı "Səhnədə çox atdanıb-düşmürəm, sərbəstəm, amma çərçivədəyəm. Eləsi var ki, səhnədə oyun çıxarır, ailəsi ilə çıxır. Onlara baxıram, xoşum gəlir, amma özüm etmərəm. Bəzən evdə nəsə baş verir, çəkirəm ki, paylaşım, ancaq etmirəm. Fikirləşirəm, ayıbdır, nə yazarlar" cavabını verib.
Tarix: 29-07-2020, 20:11




Xəbər lenti