Medal verilməyən keçmiş döyüşçülərin şikayəti var




Bu gün, iyunun 29-da bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Baş kadrlar idarəsinin önünə toplaşaraq şikayətlərini bildiriblər. Onlardan bəziləri deyib ki, hərbi biletlərində vuruşduqları yerlər tam yazılmayıb, üstəlik, döyüşlərdə iştirak etmələrinə baxmayaraq, medallarla təltif edilməyiblər.
Şikayətçilərdən biri isə vurğulayıb ki, ciddi şəkildə yaralansa da, əlillik dərəcəsi, hələlik, almayıb.
Əraziyə toplaşanlardan biri isə söyləyib ki, Müdafiə Nazirliyinə lazımı məlumatlar vaxtında çatdırılmır. Keçmiş döyüşçülərin habelə sözlərinə görə, ola bilər ki, bir müddət sonra medallar hamiya veriləcək, amma bu barədə onlar xəbərdar edilməlidir.
Əraziyə toplaşanlar rüşvətxorluq hallarından da şikayətləniblər.
Onların dilə gətirdiyi şikayətlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ötən il və bu il iyunun 26-da (Azərbaycan ordusunun yaranması günü) İkinci Qarabağ müharibəsi iştirakçılarının bir çoxu müxtəlif medallarla təltif edilib.
Azadlıq radiosu
Tarix: 29-06-2021, 22:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}