İnsanlara həqiqəti söyləyin, onları stress, ümüdsüzlük və gərginlikdən qurtarın- Professor




“Bu gün rastlaşdığım bir mənzərə məni  qəlbən sarsıtdı, həm də bəzi insanların idrakı yoxsulluğu məni mənən sındırdı. Təqribən 40-50 yaşlarda, sayı 10 nəfərə yaxın insan, Covid 19-un yeni bir öldürücü - "Delta" ştammının yayılması haqqında, guya Gürcüstanın rəsmi dairələrinin verdiyi bir məlumatı ciddi şəkildə müzakirə edir və yaxın gələcəkdə insanların kütləvi şəkildə qırılacağını söyləyir, uca səslə, sanki ətrafda olan insanları belə inandırmaq istəyirdilər. Söylədiklərinin məsuliyyətini dərk edir, təsdiq olunmayacağı halda ən ağır cəzanı belə çəkməyə hazırdır. Alfa, Beta, Delta, Delta-plyus və s. kimi ştammlar, Covid 19-un RNT-sində yaşam, bələdləşmə və uyğunlaşma qanunlarına uyğun olaraq baş verən və baş verməsi mütləq qanunauyğunluq və zərurət olan letallıq mutasiyası nəticəsində əmələ gələn mutantlardır. Hazırda Latın əlifbası sırası ilə adlandırılan, onların 4-ü gündəmdədir. Növbəti aylarda daha 5-i haqqında, daha sonra isə digərləri haqqında məlumat verilə və onların “ölüm mələkləri” olduğu bildirilə bilər. Xatırlatmaq istəyirəm, bunlar, insanların depressiyaya düşməsi, həyatdan əl üzməsi və düşünülmüş şəkildə özünə qapanması və məhvinə xidmət edən istəklərdir. Buna yol verilməməlidir”.
 
Pravda.az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
 
M.Qəniyev qeyd edib ki, Covid 19-un hazırda genom fərqliliyi göstərən 4, öyrənilən 5 ştammı, tapılacaq yeni- sıra ardıcıllığı ilə 15 ştammının heç biri letallıq və arzuolunmaz proqnozuna münasibətdə Covid 19-dan üstün ola bilməz: “Bu qeyri-mümkündür, təbabət və mövcudiyyət qanunlarına ziddir. "Covid-19" artıq ikinci aydır ki, fəsli infeksiyadır. Buna inanın. Mən çox sevdiyim və Covid-lə mübarizədə fədai bildiyim proffessor Lala xanım Allahverdiyeva, Nuran Abdullayev, Aydın Əliyev, Qalib Əsədov, Şahin Məmmədov, Rafiq Hüseynzadə, Ramil Abdulov, Pərviz Axundov və hazırkı halda adını çəkmədiyimi üzürlü hesab etməsini çox istədiyim, bütün mübarizlərdən bu haqda yazmağı və ya heç olmasa, zaman etibarı ilə yazdıqlarını təkrar, təkrar paylaşmağı və xalqımız arasında yaymağı çox xahiş edirəm. Bugünkü gündə bu, hər şeydən əvvəl bizim xalqımız, millətimiz və ulu tanrı qarşısında olan, inanın ki, yeganə və müqəddəs bir borcumuzdur. Unutmayın ki, bildikləri həqiqəti öz xalqına çatdıran, millətini maarifləndirən, bu yolda təqib və mərhumiyyətləri qəbul edən insanlar, boynuna kəfən salmış müqəddəs şəhidlərdir, onlar zaman durduqca unudulmayacaqlar. Odur ki, mübariz olun, insanlara həqiqəti söyləyin, onları stress, ümüdsüzlük və gərginlikdən qurtarın. Birinizə həmkarım, digərinizə dostum, o birinizə tələbəm kimi müraciət edirəm. Dediklərimə əməl edin. Artıq, bütünlükdə insanlıq, tükənmiş və üzülmüş vəziyyətdə, olum ya ölüm qorxusu altındadır. Ümüd isə, tək Allahın köməkliyi ilə, yalnız Sizlərdəndir. Ulu Tanrı xatirinə, bacardığınız köməyi millətimiz və xalqımızdan əsirgəməyin”.
Tarix: 4-07-2021, 13:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}