“Yeməyini saxlayıb düz gözümün içinə baxaraq dedi ki...”


Prezident İlham Əliyev sənətkar Flora Kərimovanın 80 illik yubileyi ilə bağlı iki sərəncam imzalayıb. Ustad "Şərəf” ordeni ilə təltif edilib və bundan sonra ona Prezidentin fərdi təqaüdü veriləcək.
 
Ayda 150-170 manat təqaüd aldığını öyrənmişdim. Birgə yeməkdə idik. Flora xanım, sizin belə az təqaüd almanız ayıbdı, bu məsələni gündəmə gətirəcəm dedim. Bu pulla bir sənətkar necə yaşayar? Heç qapınızı döyüb soruşan olubmu, ustad, necə yaşayırsız, nə yeyirsiz, nə içirsiz? Deməli, övladlarınız olmasa acından ölərdiz, belə çıxır? Yox, bu məsələni çözmək lazımdır.
 
Yeməyini saxlayıb düz gözümün içinə baxaraq dedi: Qətiyyən! Məni yerə vurarsız, qızım.  Elə bilərlər özüm demişəm, olmaz. Bu ölkədə tək qazancım xalqın hörmətidi, onu da ad, medal, təqaüd izində olmadığım üçün qazanmışam.
 
Yalnız 80 yaşında bu dövlət Flora xanıma tərəf boylandı… Təəssüf edirəm, çox gec oldu. Toylara da təmənnasız gedib. Alqışlamışıq, sevmişik, ərdəm gözləmişik, qürurlu dayanmasını bəyənmişik, amma heç maraqlanmamışıq necə yaşayır… Cem Yılmaz demiş, bizdə hər kəs sənətkarın sürünməsini istəyir. Ömrünü sənətə verib baxın necə sürünür, bravo!
 
Bütün hallarda təbrik edirəm, Flora xanım! Gerçək Sənət sonunda mütləq qalib gəlir.
 
Aysel Əlizadə
 
Yazıçı
Tarix: 1-08-2021, 14:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}