"Bu səviyyəsizlikdir, hətta əxlaqsızlıqdır"


Şou-biznes nümayəndələrinin telekanallara gücül axını nəzərdən qaçmır. Müğənni Xatun, Elza Seyidcahan, indi də Sənubər İsgəndərli aparıcı mikrafonunu “zəbt edib”lər. Teleaparıcı, şoumen Kamran Həsənli hesab edir ki, əslində, Azərbaycan televiziyalarından peşəkarları uzaqlaşdırma prosesi gedir: “Telekanallar bu gün qeyri-peşəkarlar yığışıb və səviyyəsizliyi təbliğ etməklə məşğuldurlar”.

Yenisabah.az-a açıqlamasında o əlavə edib:

“Azərbaycan tamaşaçısı milli televiziyasına nifrət edir. İnanmırsızsa, gedin sorğu keçirdin, istənilən azərbaycanlıdan istənilən kanalın adını soruşun. Deyəcəklər ki, öz kanallarımıza baxmırıq, onlara nifrət edirik. Bu səviyyəsizlikdir, hətta əxlaqsızlıqdır”.

Kamran Həsənli vurğulayıb ki, televiziya rəhbərləri kanallara özlərinə oxşayan insanları dəvət edirlər:

“Bu yaxınlarda Azərbaycanın ən böyük kanallarının birində şöbə müdiri ilə söhbət etdim. Dostum, hüquqşünas Türkel Süleymanlıyla getmişdim onun yanına. Əgər mən yox, siz o adamla üzbəüz söhbət edib, düşüncələrini, fikirlərini eşitsəydiniz, ağlınıza gəlməzdi ki, televiziyanın içində belə kütbeyinlər otura bilər. Təəssüf ki, bir çox telekanallarda vəziyyət bu cürdür”.
Tarix: 18-09-2021, 09:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}