“Kişi arvadına sosial şəbəkəyə girməyə icazə verməməlidir”


 
Samirə Yusifqızının fikirləri müzakirələrə səbəb olub.
 
Pravda.az xəbər verir ki, meyxanaçının xanımlarla bağlı açıqlamasının yer aldığı video sosial şəbəkələrdə yayılaraq sərt tənqid edilib.
 
Söz ustadı kişilərin xanımlara sosial şəbəkə istifadə etməyə icazə verməmələrini deyib:
 
"Kişilərin yerinə olsaydım, qadınlara qadağa qoyardım: “balaca” telefon alardım, sosial şəbəkələrdən istifadə etməsinə icazə verməzdim. Ailələrin dağılmasına səbəb sosial şəbəkələrdir.
 
Cavan, 21-22 yaşında gəlin bütün günü İnstaqramda sosial şəbəkədə “oturursa”, nə öyrənir? Elə telefon verilsin ki, ona ancaq zəng gəlsin və zəng getsin. İndiyə qədər sosial şəbəkə yox idi, geri qalmışdıq? Görür ki, kimsə arvadını dağa dincəlməyə apardı, başlayır deyinməyə: “mən də getmək istəyirəm”, “qısa geyinmək istəyirəm"...
Tarix: 5-10-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}